top
Küçədə öpüşdüyünə görə oğlanı bıçaqladılar — Ana, bacı var...
28 fevral 2026, 16:49
- ↺ +

Küçədə öpüşdüyünə görə oğlanı bıçaqladılar — "Ana, bacı var..."

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonunda 1998-ci il təvəllüdlü Babaxan küçədə qızla gəzən əvvəllər tanımadığı Sübhanı (adlar şərtidir – red.) bıçaqlayıb. 

Demokrat.az xəbər verir ki, Babaxan marketin qarşısında Sübhanın qeyri-rəsmi nikahda yaşadığı Lalə ilə öpüşdüyünü görüb. Bu, Babaxanı qəzəbləndirib. O, Sübhana yaxınlaşaraq onların hərəkətlərinin ictimai əxlaq normalarına uyğun olmadığını deyib və "Analarımız, bacılarımız sizə baxır" deyib. 

Bu iraddan sonra tərəflər arasında mübahisə yaranıb. Sübhanın Babaxana zərbə vurduğu, onların əlbəyaxa olduğu bildirilir. Mübahisə zamanı Babaxan cibində gəzdirdiyi bıçağı çıxararaq Sübhanı qarın nahiyəsindən bir dəfə vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisədən sonra Babaxan bir müddət gizlənsə də, polis tərəfindən saxlanılıb. Məlum olub ki, o, əvvəllər də sağlamlığa zərərvurma maddələri ilə məhkum edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babaxan Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının şərti hesab olunmasını istəsə də, apellyasiya və daha sonra kassasiya şikayətləri təmin edilməyib.

Son xəbərlər

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Oxşar xəbərlər