top
25 ilini yerin altında keçirən şairimizin doğum günüdür
Bu gün, 10:09
- ↺ +

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün tanınmış satirik şair Baba Pünhanın doğum günüdür.

Bakuplus.az xatırladır ki, Baba Pünhan 1948-ci il noyabrın 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub.

O, 1955-ci ildə 99 saylı məktəbin birinci sinfinə başlayıb. 1963-cü ildə Bakı Rabitə Texnikumuna daxil olub, 1967-ci ildə təhsilini başa vurduqdan sonra Bakı Metropolitenində mexanik kimi işləməyə başlayıb. Həyatının 25 ilini metroda keçirən şair bu illəri xatırlayarkən "yerin altını da bilirəm, üstünü də" deyirdi.

Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. Sonradan bir çox qəzet və jurnallarda dərc olunan satirik şeirləri ona oxucu rəğbəti qazandırıb.

Baba Pünhan ilk qəzəlini 13-14 yaşlarında yazıb. Yaradıcılığa lirik şeirlər və məhəbbət qəzəlləri ilə başlasa da, 1990-cı illərdən etibarən satirik yaradıcılığa üstünlük verib. O, dövrünün haqsızlıqlarını, cəmiyyətdəki nöqsanları və sosial problemləri kəskin satira ilə tənqid edib.

Şairin əsərləri müxtəlif mətbu orqanlarda dərc olunub. 1998-ci ildə ANS telekanalının "Qulp" verilişinə dəvət edildikdən sonra "Lirika" rubrikasında səsləndirdiyi satirik qəzəllərlə daha geniş auditoriyanın rəğbətini qazanıb.

2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. Həmin il Azərbaycan Yazıçılar İttifaqı tərəfindən satirik yazılar üzrə ilin qalibi elan edilib.

Baba Pünhan 2004-cü il aprelin 17-də vəfat edib. Mərhum şair doğulduğu Kürdəxanı qəsəbəsində dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər