Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir.
Bakuplus.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 9-u axşamadək davam edəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi gözlənilir.