Azərbaycanda 91 uşaq himayədar ailələrə verilib.
Bakuplus.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, uşaqlardan 51-i qız, 40-ı oğlandır.
Himayədar ailələrə verilən uşaqların yaşından və əlillik vəziyyətindən asılı olaraq aylıq 355–650 manat müavinət ödənilir. Bundan əlavə, mövsümi geyim alınması üçün hər uşağa görə rübdə bir dəfə 200 manat birdəfəlik müavinət verilir.
Qeyd edək ki, himayədar ailə olmaq üçün müraciət edənlərə təlimlər onlayn formada da keçirilir.