top
Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi
Bu gün, 16:16
- ↺ +

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qeyri-adi hadisə baş verib. 30 yaşlarında olan qadın doqquz ay boyunca hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirib.


Bakuplus.az xəbər verir ki, bu barədə cərrah mama-ginekoloq İlhamə Nağıyeva məlumat yayıb.

Həkimin sözlərinə görə, gecə saat 03:00 radələrində qanaxma və qarında gücənmə xarakterli ağrılarla bağlı təcili tibbi yardım çağırışı daxil olub. Müayinə zamanı qadının 38 həftəlik hamilə olduğu məlum olub.

İlhamə Nağıyeva bildirib ki, pasiyentlə ilkin anamnez toplayarkən qadın hamiləlik ehtimalını qəti şəkildə inkar edib:

"Pasiyent qalın, üst-üstə geyinilmiş paltarlarda idi. Xarici görünüşünə əsasən hamiləlik müddətini qiymətləndirmək belə halda çətin ola bilir. Şikayətlərinə və anamnezə əsasən müayinəni davam etdirirəm. Uzadıb qarnını müayinə etmək üçün açıram və USM-ə hazırlayıram. Qarın hamiləliyə uyğun böyükdür. USM-də dölyanı mayenin bitdiyi, dölün diri olduğu və 38 həftəlik hamiləlik müəyyən edilir.

Qadının arterial təzyiqi 213/120, başında kəskin ağrı, görməsində pozğunluq var idi. Təcili keysəriyyə əməliyyatına aldıq. Çapıq tamamilə nazilib və uşağın saçı görünür. Çünki tam düz bir il əvvəl, eyni tarixdə keysəriyyə əməliyyatı keçirib.

Bu qadınınmı bəxti gətirdi, mənimmi bəxtim gətirdi, bilmirəm. Hər halda, şükür ki, ikisi də sağ-salamatdır. Bir az da geciksə və ya diqqətdən qaçsa, itirilmə ehtimalı yüksək olan xəstə idi. Evdə 4 uşağı var. Buna baxmayaraq, hamilə olduğunu, uşağın tərpənməsini, qarnının böyüməsini anlamadığını deyir. Bu cür riskli xəstə bu müddətdə bir dəfə belə həkimdə olmayıb. Hamiləlik bəzən qadının özü tərəfindən belə hiss edilməyə bilər, amma bu, hamiləlik nəzarətinin əhəmiyyətini azaltmır. Sağlamlığınıza biganə olmayın!!!"

Son xəbərlər

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Oxşar xəbərlər