Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun anadan olduğu gündür. Sənətkar 1937-ci il noyabrın 2-də dünyaya göz açıb.
Bakuplus.az xəbər verir ki, o, Qara Qarayev və Yuri Şaporinin sinfində təhsil alıb. Müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, Dövlət Filarmoniyasında bədii rəhbər və konservatoriyada müəllim vəzifələrində çalışıb.
Emin Sabitoğlu yaradıcılığı ərzində 600-dən çox mahnı, 9 musiqili komediya və 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar" kimi mahnıları bu gün də sevilərək dinlənilir.
Bəstəkar, həmçinin Azərbaycanın müxtəlif teatrlarında səhnələşdirilən tamaşalara musiqilər yazıb.
Emin Sabitoğlu 2000-ci il noyabrın 18-də Bakıda vəfat edib.