Valideyn Səbinə Şəkərova oğlunun bağçada müəllimi tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.
Onun sözlərinə görə, uşağın qulağının arxasında göyərmə, boğazında cırmaq izləri, qollarında isə qançırlar və qızartılar aşkar edib.
Bağçanın direktoru Rəvanə Ağayeva məsələdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatlı olduğunu və açıqlamanın qurum tərəfindən veriləcəyini bildirib.
Mənbə: oxu.az