top
Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi
Bu gün, 21:30
- ↺ +

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xətai və Nizami rayon məhkəmələri təqsirləndirilən şəxslər barəsində 4 aylıq həbs qərarı verib.

Bakının Xətai rayonunda yerləşən "Ab-Hava" restoranında bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı altı nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu Əhməd Əli-zadə də var.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsi beş nəfər barəsində istintaq orqanının təqdimatını təmin edib.

Məhkəmənin qərarı ilə aşağıdakı şəxslər 4 ay müddətinə həbs olunublar:

- Kamran Səttar oğlu Əfəndiyev;
- Mikayıl Vəli oğlu İsmayılov;
- Ramil Zahir oğlu Dadaşov;
- Eldar Faiq oğlu Eldarov;
- Həsən Mehman oğlu Zülfiqarov.

Kamran Əfəndiyev, Mikayıl İsmayılov, Ramil Dadaşov və Həsən Zülfiqarovun həbs müddəti oktyabrın 23-dən, Eldar Eldarovun isə oktyabrın 24-dən hesablanır.

Deputatın oğlu Əhməd Arzuxan oğlu Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə isə başqa məhkəmədə baxılıb.

Belə ki, Xətai Rayon Məhkəməsində hakimlərin özlərinə etiraz etməsindən sonra materiallar Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya Məhkəməsinin qərarı ilə işə baxılması Nizami Rayon Məhkəməsinə həvalə olunub.

Nizami Rayon Məhkəməsi də istintaq orqanının təqdimatını təmin edərək Əhməd Əli-zadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onun həbs müddəti oktyabrın 24-dən hesablanır.

Məhkəmə məlumatlarına əsasən, altı nəfərin hamısına Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, həmçinin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Bu maddələr cinayətkar birlik yaratma və belə birlikdə iştirak etmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ağırlaşdırıcı halları, eləcə də cinayətə cəhdi əhatə edir.

Xatırladaq ki, hadisə oktyabrın 23-də Xətai rayonunda, General Şıxlinski küçəsində yerləşən "Ab-Hava" restoranında baş verib.

Kütləvi dava zamanı Ceyhun adlı şəxs həyatını itirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisədə iştirak edən 9 nəfər müəyyən edilərək saxlanılıb.

Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Xəbər
Bu gün, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Oxşar xəbərlər