Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir nəfər həbs olunub.
29 yaşlı Bəhruz İsayev (şərti adla) fotoların üzərinə əxlaqsız ifadələr yazaraq "TikTok"da özünə məxsus hesabda paylaşıb. Həmin fotolar da Bəhruzun keçmiş arvadı Ayselə, keçmiş qayınatasına və qadının dayısına məxsus olub.
Fakt əsasında Bəhruz polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protkol tərtib olunub.
B.İsayev ifadəsində bildirib ki, Aysellə evli olub, sonra boşanıblar. Dayısı ona zəng edərək, təhqir etdiyi üçün o da qisas almaq qərarına gəlib və "TikTok"da onların fotolarının üzərinə söyüşlər yazaraq paylaşıb. Bəhruz əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Mənbə: lent.аz