Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dmitrov küçəsində yaşayış məhəlləsində səhər saatlarında yaranan avtomobil sıxlığı sakinlərin narazılığına səbəb olub.
Bakuplus.az-a müraciət edən vətəndaşın sözlərinə görə, avtomobillər sözügedən küçədən alternativ yol kimi istifadə edir. Bu isə məktəbə və uşaq bağçasına gedən azyaşlılar üçün təhlükə yaradır.
Bildirilir ki, parkın kənarından keçən yolda hər gün saat 06:00-dan 08:00-dək uzun avtomobil tıxacı yaranır.