Ötən gün Bakının Xətai rayonunda yerləşən restoranda bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib.
Hadisə General Əliağa Şıxlınski küçəsində yerləşən "Abu Hava Green Tone" ailəvi restoranında baş verib. Həmin restoranın iqtisadçı-jurnalist, "P-S Media" şirkətinin rəhbəri Odər Qəniyə məxsus olduğu bildirilir. O, daha əvvəl deputatlığa namizəd də olub.
Məlumata görə, hadisənin iştirakçısı olmuş 9 nəfərdən biri deputat Arzuxan Əlizadənin oğludur.
Bildirilir ki, AMİP sədri olan A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.
Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dəhşətli cinayətdə öldürülən şəxsin adının Ceyhun olduğu və öz ətrafında "Ceyhun Sabunçu" adı ilə tanındığı deyilir.
mənbə: oxu.az