Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib.
Bakuplus.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mediaya şərhində bildirib.
Məlumata görə, oktyabrın 23-də Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu "Khoryv" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.