top
Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib
Bu gün, 10:05
- ↺ +

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Turizm Agentliyinin tabeliyindəki turizm obyektlərini 510 215 nəfər bilet alaraq ziyarət edib.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzindən bildirilib ki, onlardan 142 436 nəfəri yerli, 367 779 nəfəri isə xarici turist olub. Həmin dövrdə 103 087 nəfər turizm obyektlərini ödənişsiz ziyarət edib.

Biletli ziyarətçilərin sayına görə ilk yerdə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu qərarlaşıb. Qoruğu ziyarət edən 147 384 nəfərin 16 033-ü yerli, 131 351-i xarici turist olub. Əlavə olaraq, 11 493 nəfər qoruğa ödənişsiz daxil olub.

İkinci yerdə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğundakı Xan sarayı yer alıb. Sarayı bilet alaraq ziyarət edən 128 487 turistdən 72 309-u yerli, 56 178-i xarici vətəndaş olub. Ödənişsiz ziyarətçilərin sayı isə 42 050 nəfər təşkil edib.

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu 124 563 biletli ziyarətçi ilə üçüncü olub. Onların 12 202-si yerli, 112 361-i xarici turistdir. Məbədi 11 014 nəfər ödənişsiz ziyarət edib. Beləliklə, əcnəbi turistlər ziyarətçi sayına görə yerli turistləri 10 dəfəyə yaxın üstələyir.

Dördüncü yerdə qərarlaşan "Kiş" Tarix-Memarlıq Qoruğunu — Kiş Alban məbədini 40 278 nəfər bilet alaraq ziyarət edib. Onlardan 21 615-i yerli, 18 663-ü xarici turist olub. Daha 9 066 nəfər məbədi ödənişsiz ziyarət edib.

İlk beşliyi Palçıq Vulkanları Turizm Kompleksi tamamlayıb. Kompleksə bilet alan 36 488 nəfərin 2 908-i yerli, 33 580-i xarici turist olub. Ödənişsiz ziyarətçilərin sayı 814 nəfər təşkil edib. Burada isə ziyarətçi əcnəbilərin sayı yerli sakinlərdən 11 dəfə çoxdur.

Qeyd edək ki, Qoruqları İdarəetmə Mərkəzinin idarəetməsində doqquz qoruq və bir turizm kompleksi fəaliyyət göstərir.

mənbə: trend.аz

Son xəbərlər

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Oxşar xəbərlər