top
Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb
Bu gün, 13:02
- ↺ +

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı son 17 ildə 10 dəfədən çox artıb. Belə ki, 2025-ci ildə vəsiqə alan hər 5 nəfərdən təxminən biri qadın olub.

Bakuplus.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin "Azərbaycanda qadınlar və kişilər – 2026" statistik məcmuəsinə əsasən, ötən il Azərbaycanda 350 min 175 nəfər sürücülük vəsiqəsi alıb. Onların 65 min 696-sı qadın, 284 min 479-u isə kişi olub. Qadınların ümumi göstəricidə payı 18,8 faiz təşkil edib. 

2024-cü ildə sürücülük vəsiqəsi alan 360 min 346 nəfərin 57 min 153-ü qadın olub. Beləliklə, bir il ərzində qadın sürücülük vəsiqəsi alanların sayı 8 min 543 nəfər və ya 14,9 faiz artıb. Kişilərin sayı isə 6,2 faiz azalıb.

Müqayisə üçün, 2021-ci ildə sürücülük vəsiqəsi alanların 10,5 faizi, 2022-ci ildə 11,8 faizi, 2023-cü ildə isə 12 faizi qadın olub. 2025-ci ildə bu göstərici 18,8 faizə yüksəlib.

Uzunmüddətli statistikaya görə, 2008-ci ildə cəmi 6 min 187 qadın sürücülük vəsiqəsi alıb. Həmin vaxt qadınların ümumi göstəricidə payı 4,6 faiz olub. 2025-ci ildə isə onların sayı 65 min 696 nəfərə çatıb. 

Bununla belə, sürücülük vəsiqəsi alanlar arasında kişilər üstünlük təşkil edir. 2025-ci ildə kişilərlə qadınlar arasındakı say fərqi 218 min 783 nəfər olub. Qeyd edək ki, bu rəqəmlər ümumilikdə avtomobil idarə edən şəxslərin deyil, müvafiq illərdə sürücülük vəsiqəsi alanların sayını əks etdirir.

Son xəbərlər

Xəbər
Bu gün, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Bu gün, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Bu gün, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Bu gün, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Bu gün, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Bu gün, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Bu gün, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Bu gün, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Bu gün, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
Dünən, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Dünən, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Dünən, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Dünən, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Dünən, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Dünən, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Dünən, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Dünən, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
27 oktyabr 2026, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
27 oktyabr 2026, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
27 oktyabr 2026, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Oxşar xəbərlər