"VİP Motors" MMC-nin təsisçisi Zeynal Usubov şirkət direktorunun fəaliyyətindən narazıdır.
Bildirilir ki, Usubov şirkətin gəlirlərinin mənimsənildiyini, dividend ala bilmədiyini və 62 min 750 manatlıq icarə borcunu öz vəsaiti hesabına ödədiyini iddia edir.
Məhkəmə onun müraciəti əsasında şirkətin bank hesablarındakı 62 min 750 manat vəsaitə həbs qoyulması barədə qərar qəbul edib. Əməkhaqqı, vergi və digər məcburi dövlət ödənişləri isə məhdudiyyətdən kənarda saxlanılıb.
Qeyd edək ki, şirkətin hazırkı qanuni təmsilçisi Kənan Səmədovdur. Əvvəllər prokurorluq orqanlarında çalışan Zeynal Usubov 2023-cü ilin aprelində həmin qurumdan xaric edilib. Onun adı 2024-cü ildə 945 min manatlıq dələduzluq iddiası və Bakıda "Hollivud" restoranında bıçaqlanması ilə bağlı xəbərlərdə də hallanıb.
mənbə: qaynarinfo.az