Bakıda və Abşeron yarımadasında noyabr ayında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir.
Bakuplus.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bu göstərici iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Noyabrda gecələr havanın temperaturu 10-15, gündüzlər isə 16-21 dərəcə isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir. Bakıda və Abşeron yarımadasında noyabr ayı üçün yağıntı normasının 28-38 millimetr olduğu bildirilir.