top
Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...
Bu gün, 12:37
- ↺ +

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin vəfatından 21 il ötür.  

Müğənni, bəstəkar M.Bağırzadə 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib. Onun sənət yolu toy və el şənliklərindən başlayıb. O, adətən, öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib.

Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.

Sözləri və musiqisi Məmmədbağır Bağırzadəyə aid olan "Səməni nazlı gəlin", "Hülya", musiqisi Ələkbər Tağıyev, sözləri Hafiz Baxışa aid olan "Azərbaycan oğluyam" və digər nəğmələr bu gün də başqa ifaçılar tərəfindən səsləndirilməkdədir.

Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan Məmmədbağır Bağırzadə təkcə ifası ilə deyil, həyatında baş verən maraqlı və kədərli hadisələrlə də yadda qalıb.

Məmmədbağır Bağırzadənin efirlərə çıxışına bir müddət qadağa qoyulub. 1975-1976-cı illərdə ölkənin ən məşhur müğənnilərindən biri hesab olunan sənətkarın şöhrəti bəzi musiqi adamlarının narazılığına səbəb olub. Həmin dövrdə "Kirpi" jurnalında "Məmmədbağır, bir də bağır" başlıqlı yazılar dərc edilərək o, tənqid olunub.

Sənətkarın oğlunun sözlərinə görə, bu tənqidlərin arxasında o dövrün bədii şurası dayanıb. İddialara əsasən, Məmmədbağır Bağırzadənin toylarda oxuduğu mahnıların qısa müddətdə bütün ölkəyə, hətta İrana və Orta Asiya ölkələrinə yayılması onun şöhrətini daha da artırıb.

Bəstəkar Ələkbər Tağıyevlə də aralarında fikir ayrılığı yaranıb. Belə ki, Tağıyev Məmmədbağır Bağırzadəyə öz mahnılarını oxumağı təklif etsə də, sənətkar əvvəlcə bundan imtina edib. O, yalnız öz mahnılarını ifa etdiyini bildirib. Oğlunun danışdıqlarına görə, bundan sonra Ələkbər Tağıyev onun radio və televiziyada çıxış etməsinə mane olacağını deyib.

Məmmədbağır Bağırzadə oxuduğu mahnılara görə həbs də edilib. O, sosializmə zidd hesab edilən mahnılar ifa etdiyinə görə üç gün həbsdə saxlanılıb. Sənətkarı həbsdən Ələkbər Tağıyev xilas edib. 1977-ci ildən sonra Məmmədbağır Bağırzadə kişi toylarına getməyi dayandırıb, yalnız dost-tanış məclislərində çıxış edib. Bundan sonra onun efirlərə qayıtması mümkün olub.

Sənətkarın həyatı şəxsi itkilərlə də yadda qalıb. Həyat yoldaşı Naibə xanım 44 yaşında xərçəng xəstəliyindən vəfat edib. Onun ölümündən sonra Məmmədbağır Bağırzadə ağır psixoloji sarsıntı keçirib. Yaxınlarının sözlərinə görə, sənətkar həyat yoldaşının itkisini çox çətin qəbul edib, bəzən yaşamaq istəmədiyini də dilə gətirib.

Məmmədbağır Bağırzadənin həyatındakı ən qəribə məqamlardan biri isə ölümü ilə bağlı yuxusu olub. O, oktyabrın 30-da dünyasını dəyişəcəyini yuxuda görüb və bu tarixdən həmişə qorxub. Maraqlıdır ki, sənətkar məhz oktyabrın 30-u 2005-ci ildə vəfat edib.

Məmmədbağır Bağırzadə özünəməxsus ifa tərzi, sevilən mahnıları və keşməkeşli həyat yolu ilə Azərbaycan musiqi tarixində iz qoyub.

Son xəbərlər

Xəbər
Bu gün, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Bu gün, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Bu gün, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Bu gün, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Bu gün, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
Dünən, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Dünən, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Dünən, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Dünən, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Dünən, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Dünən, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Dünən, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Dünən, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Dünən, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Dünən, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Dünən, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Dünən, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Dünən, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
28 oktyabr 2026, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
28 oktyabr 2026, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
28 oktyabr 2026, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
28 oktyabr 2026, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
28 oktyabr 2026, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
28 oktyabr 2026, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
28 oktyabr 2026, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Oxşar xəbərlər