Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi, 7A ünvanında yerləşən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb.
Bakuplus.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları fiziki şəxs Cavadlı Cəfər Zabit oğluna məxsus müəssisədə plandankənar yoxlama keçirib.
Yoxlama zamanı sexin antisanitar şəraitdə və qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinin pozulduğu müəyyən edilib. Həmçinin istehlak üçün nəzərdə tutulan çörəklərin polimer qablaşdırmalarda antisanitar vəziyyətdə saxlanıldığı aşkarlanıb.
Aşkarlanan nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.