Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. 18 yaşlı Ə.X. yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib.
İstintaqla müəyyən edilib ki, o, qızın 14–16 yaşları arasında onunla münasibətdə olub. Bu münasibət nəticəsində yeniyetmə 15 yaşında hamilə qalıb. Hadisənin üstü isə oğlan hərbi xidmətə yollandıqdan sonra açılıb.
Məhkəmə Ə.X.-ni 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilib və ona 6 il 6 ay həbs cəzası verib.
Qeyd edək ki, qız məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib. O, hazırda 32 həftəlik hamilə olduğunu da qeyd edib.
mənbə: qafqazinfo.аz