Səbinə Əliyeva növbəti 7 il müddətinə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Bakuplus.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə yenidən bu vəzifəyə seçilib və and içib.
Qeyd edək ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Ombudsman seçilmişdi. Qanunvericiliyə əsasən, Ombudsman 7 il müddətinə seçilir. Eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.