Noyabrın 3-də Bakının Yasamal, Səbail, Binəqədi və Xəzər rayonlarında təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bakuplus.az xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.
Belə ki, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək, Səbaildə 10:00-dan 14:00-dək, Binəqədidə bəzi ərazilərdə 10:00-dan 17:00-dək, Xəzər rayonunun Buzovna qəsəbəsində isə 10:00-dan 16:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Fasilələr ayrı-ayrı küçə və yaşayış massivlərini əhatə edəcək. Təmir işləri başa çatdıqdan sonra elektrik təchizatının daha keyfiyyətli və dayanıqlı olması nəzərdə tutulur.