Prezident İlham Əliyev noyabrın 3-də Laosun Azərbaycana yeni təyin olunmuş səfiri Siphandon Oybuabuddini qəbul edib.
Bakuplus.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Görüşdə Azərbaycan-Laos münasibətləri, ikitərəfli əməkdaşlığın inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr müzakirə olunub. İlham Əliyev Laos Prezidentinin ötən ay Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini vurğulayıb.
Səfir Laos Prezidentinin salamlarını çatdırıb və onun İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət etdiyini bildirib.
Görüşdə tərəflər əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.