Bakıda 16 mərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib.
Bakuplus.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi ( FHN) məlumat yayıb. Bildirilib ki, paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yanğın binanın şaxtasındakı elektrik naqillərində başlayıb. Yanğınsöndürənlərin müdaxiləsi ilə alovun genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində şaxtadakı elektrik naqilləri və binanın zirzəmisində yerləşən elektrik lövhəsi yanıb.