Paytaxtın Xətai rayonunda, Sadıqcan küçəsi 27 ünvanında yerləşən 257 saylı məktəbin həyətində abadlıq işlərinin aparılmadığı bildirilir.
Bakuplus.az-a müraciət edən sakinlərin sözlərinə görə, ərazidəki kafelər və həmin obyektlərə gələn avtomobillər uşaqların təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Bildirilib ki, həyətə aid sahələr zəbt olunub və vətəndaşlar ümumi ərazidən rahat istifadə edə bilmirlər.
Burda yaşayan sakinlər yağış yağarkən binanın blokunu su basdığını da qeyd ediblər. Bundan əlavə, binanın yuxarı mərtəbəsində borunun partlaması vəziyyəti daha da çətinləşdirib.
Onların sözlərinə görə, problemlərlə bağlı ünvanlı şəkildə görüntülər də aidiyyəti qurumlara göndərilib. Lakin heç bir tədbir görülməyib.
Vətəndaşlar aidiyyəti qurumlardan ərazidəki problemlərin aradan qaldırılmasını tələb edir.
Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsinə və Xəta rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.