Azərbaycanda mobil telefonların da POS-terminal kimi tanınması nəzərdə tutulur.
Bakuplus.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Elektron ticarət haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Təklifə əsasən, müvafiq proqram təminatı ilə təchiz edilmiş mobil cihazlar da POS-terminal hesab ediləcək. Belə cihazlar vasitəsilə nağdsız, o cümlədən təmassız ödənişlər qəbul etmək mümkün olacaq.
Qeyd edək ki, qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.