top
Bakıda ilk qocalar evini təsis edən Hacıağa Dadaşov
16 aprel 2022, 02:20
- +

Bakıda ilk qocalar evini təsis edən Hacıağa Dadaşov

Məşhur Dadaşovlar sülaləsindən olan Hacı Hacıağa Dadaşov 1828-ci ildə Bakıda anadan olub.

Hacı Hacıağa başqa Bakı milyonçularından fərqli olaraq, neftlə deyil, dəniz ticarəti ilə məşğul olmaqla varlanıb. Onun Bakıda 40-dək mülkü və Xəzər dənizində çox sayda gəmiləri olub. Bütün Yaxın və Uzaq Şərq ölkələri ilə ticarət əlaqəsi vardı. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]

Bir dəfə Bakıdakı “Metropol” mehmanxanasını (indiki Nizami adına Ədəbiyyat Muzeyi) Tiflisdə hərraca qoyurlar. Hacı ora yollanır. Bədxahlar ondan soruşurlar: “Hacı, burada nə gəzirsən? Sən yumşaq rezin çarxlı faytona bir abbası verib minmirsən ki, bahadır, dəmir təkərli, köhnə faytonda gedirsən”. O da: “Tamaşaya gəlmişəm”,- deyə cavab verir. Hərracda mehmanxanaya 50000 manat qiymət elan edilir və yavaş-yavaş qalxır. Bu zaman Hacı qışqırır: “99000 manat!” Sonda Hacı mehmanxananı 99000 manata alır. Küçədə bədxahlar soruşur ki:

-Hacı, bu qədər pul haradan?

-Faytonlara vermədiyim şahılardan!

-Bəs niyə yüz min manat demədin?

-Axı min manatla beş min dəfə faytonda getmək olar.

[Манаф Сулейманов. Дни минувшие. Баку-1990]

1870-ci ildə Dumanın iclaslarının birində Dadaşov qocalar evinin açılması haqqında məsələ qaldırır. Azərbaycanda ilk dəfə qocalar evi tikdirən milyonçu məhz o idi. Hadisə belə baş verir: Bir dəfə uşaqları tərəfindən evindən qovulan qoca kişi Hacıdan sığınacaq istəyir. Bu hadisədən təsirlənən Hacı Bilgəhdəki mülkünü qocalar evinə çevirir. Pansionat bu günə kimi də fəaliyyət göstərir. 2000-ci ildən pansionatın yerləşdiyi küçə ağsaqqalların xahişi ilə Hacı Hacıaga Dadaşovun adını daşıyır. [https://www.youtube.com/watch?v=nNEkNF2baN0]

Dadaşov milyonçu Hacı Zeynalabdin Tağıyevlə dost olub, onun həyata keçirdiyi xeyriyyə işlərində iştirak edib, vəsait ayırıb. Onlardan biri də Bakıya Şollar su kəmərinin çəkilişi olub. 1888-ci ildə suyun çəkilməsi üçün təşkil edilən komissiyaya Hacıağa da daxil idi.

1876-cı ildə Azərbaycan tacirləri üçün birinci və ikinci tacirlik dərəcəsi təyin edildikdə bu rütbəni Bakıda ilk dəfə Hacıağa Dadaşov alıb. O, rus imperatoru III Aleksandrın tacqoyma mərasimində iştirak edib. Milyonçu çar tərəfindən mülki müşavir rütbəsinə layiq görülüb, uzun müddət Bakı Dumasının nümayəndəsi olub. [https://www.youtube.com/watch?v=keQHVb0Zhss]

Hacı Hacıağa Dadaşov 1905-ci ildə vəfat edib.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Xəbər
Bu gün, 17:45

Təhsil Şöbəsinin sabiq müdirinə "stop" qoyuldu - Səbəb nədir?

Xəbər
Bu gün, 17:40

Teatra bilet satışı adı ilə dələduzluq halları artıb

Xəbər
Bu gün, 17:09

Eks-sevgilisindən Hidayətə ittihamlar - "550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb"

Xəbər
Bu gün, 16:40

Xalq artistinin səhhətində irəliləyiş var

Xəbər
Bu gün, 15:40

Təyyarədə sərnişinlərin yüklərindən oğurluq edən əcnəbilər saxlanılıb

Xəbər
Bu gün, 14:40

Bakıda evdən meyit tapıldı

Xəbər
Bu gün, 13:35

MİQ imtahanında iştirak qiyməti müəyyənləşib

Xəbər
Bu gün, 12:36

Daha 4 itkin şəhidimiz dəfn olunacaq

Xəbər
Bu gün, 11:23

72 mindən çox müəllimin əməkhaqqısına əlavələr ediləcək

Xəbər
Bu gün, 10:37

DYP yeni tədris ilinin başlanması ilə əlaqədar müraciət edib

Xəbər
Bu gün, 10:34

"General Hospital" saxta arayış verir? - İDDİA

Xəbər
Bu gün, 09:38

Formula 1-ə görə Bakıda bağlanacaq yolların SİYAHISI

Xəbər
Dünən, 18:17

Ali Məhkəmə dələduzluqla bağlı qərar verdi

Xəbər
Dünən, 17:18

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyulub

Xəbər
Dünən, 16:57

Qanunsuz nərə balığı və kürüsü satan şəxslərlə bağlı reydlər davam edir

Xəbər
Dünən, 16:17

Bakıda kuryerlərdən 30 kilodan çox narkotik götürüldü

Xəbər
Dünən, 15:18

Parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalıdır - DYP

Xəbər
Dünən, 14:17

İlham Əliyev AYB-nin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib

Xəbər
Dünən, 13:28

Sentyabrın 22-i Azərbaycana payız gələcək

Xəbər
Dünən, 13:05

Azərbaycanda MİQ imtahanı ödənişli OLACAQ

Xəbər
Dünən, 12:30

ADY Bakı-Ağstafa və əks istiqamətdə əlavə qatar reysləri təyin edib

Xəbər
Dünən, 11:30

Bakıya 12 mindən çox turist gələcək

Xəbər
Dünən, 10:47

Biləcəridə qəza baş verən küçədə işləməyən işıqfor sürücülərə əlavə çətinlik yaradır

Oxşar xəbərlər