top
Dövlət bağçasında bu qərar necə verilə bilər?! - ŞİKAYƏT
04 avqust 2025, 11:16
- +

"Dövlət bağçasında bu qərar necə verilə bilər?!" - ŞİKAYƏT

"Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 63 saylı uşaq bağçasında məktəbəhazırlıq qrupu bağlanıb, uşaqlar tədrisdən kənarlaşdırılır".

Bu şikayətlə Qafqazinfo.az-a vətəndaş Güleyşə Muxtarova müraciət edib.

Onun sözlərinə görə, bağçada fəaliyyət göstərən məktəbəhazırlıq qrupu müdirin istəyinə əsasən bağlanıb: "Bağçaya yeni təyin olunan müdir Hacıyeva Turan heç bir xəbərdarlıq etmədən qrupun bağlanmasına qərar verib. Dövlət bağçasında bu qərar necə verilə bilər?! Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib. Məcbur edir ki, avqustun 30-dan sonra çıxmalısınız. Maddi imkanım olmadığı üçün nəvələrim Uğur və Cahan Muxtarovları özəl bağçaya qoya bilməyəcəyəm. Onlar əkiz kimidirlər, ayıra bilmərəm".

G.Muxtarova bildirib ki, bağça müdiri ona bu qərarı valideynlərin istəyinə əsasən verdiyini deyib: "Guya ki, valideynlər bağça rəhbərliyinə söyləyib ki, qrup bağlansın, bu, çox absurddur. Sadəcə bir bəhanədir. Elə 5-6 valideyn bu vəziyyətdən şikayətçidir. Hamımız istəyirik ki, uşaqların təhsili üçün imkan yaradılsın, çünki biz bu bağçanın şəraitindən razıyıq, ancaq hazırkı durum bizə çətinlik yaradır. Aidiyyəti qurumlara müraciət edəcəyik".

Məsələni aydınlaşdırmaq üçün 63 saylı bağçaya sorğu ünvanlanıb. Sorğuya cavab olaraq bildirildi ki, Bakı şəhəri 63 nömrəli uşaq bağçasında 2024-2025-ci tədris ilində məktəbəhazırlıq qrupu fəaliyyət göstərməyib: "Səbəb bağçada məktəbəhazırlıq qrupuna uyğun sayda uşaqların yığılmamasıdır. 2025-2026-cı tədris ili üçün aparılan proqnozlaşdırma dövründə 63 nömrəli bağçada məktəbəhazırlıq qrupuna müraciət sayının az olduğunu nəzərə alaraq məktəbəhazırlıq qrupunun açılması məqsədəmüvafiq hesab edilməyib.

Bağçada məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməyəcəyi ilə bağlı valideynlərə öncədən məlumat verilib. Müraciət edən şəxsin nəvələri ilə bağlı onu da bildirək ki, uşaqlardan biri məktəbəhazırlıq yaşında olduğu üçün avqustun 31-nə kimi bağçada təlimə davam edəcək. Həmçinin valideyn məktəbəhazırlıq qrupu fəaliyyət göstərən digər bağçalara övladını yerdəyişmə edə bilər. Ailənin digər övladı isə bağçada yaşına uyğun qrupda təlim-tərbiyəsinə davam edir".

Son xəbərlər

Xəbər
Bu gün, 09:38

Bakı metrosu noyabrda 20 milyondan çox sərnişin daşıyıb

Xəbər
Dünən, 18:00

Bakıda kafe və restoranların dövriyyəsi 1.5 mlrd. manatı ötüb

Xəbər
Dünən, 17:05

Bakıda orta aylıq əməkhaqqı 9%-ə yaxın artıb

Xəbər
Dünən, 16:05

Bakıda 18 yaşlı qız dəm qazından boğuldu

Xəbər
Dünən, 15:08

Bakıda vətəndaşın evini 30 il zəbt edən məcburi köçkün cərimələndi

Xəbər
Dünən, 15:05

"Azərbaycanın Zəfəri" peyki orbitə çıxarılıb

Xəbər
Dünən, 14:05

İki oğlu şəhid olan ana vəfat etdi

Xəbər
Dünən, 13:05

Bir ayda sərhəddə 58 milyon manata yaxın qaçaqmal tutulub

Xəbər
Dünən, 12:10

Çağırışaqədər yaş həddində olan vətəndaşlarla bağlı - Qərar

Xəbər
Dünən, 12:05

Vətən müharibəsindən sonra 500-ə yaxın hərbçi protezlə təmin edilib

Xəbər
Dünən, 11:35

"Gözləməkdən artıq bezmişik"- 185 nömrəli avtobusdan ŞİKAYƏT

Xəbər
Dünən, 11:05

Ötən ay sərhəddə axtarışda olan 402 nəfər saxlanılıb

Xəbər
Dünən, 10:09

Bakıda DƏHŞƏT: Sürücü avtomobilində yanıb öldü

Xəbər
Dünən, 09:09

Bu gün Binəqədi rayonunun bir hissəsində işıq olmayacaq

Xəbər
02 dekabr 2025, 18:00

Yenidoğulmuşun sarılığında "gizli" risklər ultrasəs və MRT ilə necə aşkarlanır?

Xəbər
02 dekabr 2025, 17:15

Binəqədidə ev yandı

Xəbər
02 dekabr 2025, 16:15

Bakı sakini metroda ölüb

Xəbər
02 dekabr 2025, 16:09

Sabunçu bazarında yoxlama: Ciddi nöqsanlar aşkarlandı

Xəbər
02 dekabr 2025, 15:15

Bakı sakini dəm qazından boğulub

Xəbər
02 dekabr 2025, 14:15

Üst-üstə çəkilən nişanlar sürücüləri çaş-baş salır - ŞİKAYƏT

Xəbər
02 dekabr 2025, 13:15

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxundu

Xəbər
02 dekabr 2025, 12:15

DİM: "Buraxılış imtahanlarının nəticəsi 2 il qüvvədə olur"

Xəbər
02 dekabr 2025, 12:15

Bakıda minik maşını "KamAZ"la toqquşdu, ölən var - VİDEO

Xəbər
02 dekabr 2025, 12:14

Vakant müəllim yerlərinə seçim müddəti uzadıldı

Oxşar xəbərlər