Bakıda qətl hadisəsi törədilib.
Bakuplus.az-ın əldə etdiyi məlumata görə, avqustun 4-ü saat 19 radələrində Türkan qəsəbəsində yerləşən evdə 1979-cu il təvəllüdlü Natiq Quliyev bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən N.Quliyevin həyat yoldaşı 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva tutulub.
Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb.