Oktyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Bakuplus.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Səhər və axşam arabir duman olacaq.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, Nisbi rütubət isə 65-75 % təşkil edəcək.