top
Həftəlik bürclər 23 YANVAR - 29 YANVAR
22 yanvar 2023, 10:00
- +

Həftəlik bürclər 23 YANVAR - 29 YANVAR

QOÇ bürcü


Bu həftə xəyallarda uçmayın, qarşınıza real hədəflər qoyun. Alış-veriş məsələləri ilə bağlı tələsməyin: aldadılmaq riski yüksəkdir. Həmçinin pulunuza qənaət edin və ehtiyacınız olmayan şeylərə pul xərcləməyin. Həftəsonu yaxınlarınızla xırda şeylər üzərində mübahisələr baş verə bilər. Amma onlar ciddi münaqişələrə səbəb olmayacaq. Bazar günü faydalı olacaq tanışlıqlar baş tutacaq. Uğurlu günləriniz 27, 29 yanvar, uğursuz gününüz isə 26 yanvardır.

BUĞA bürcü


Yeni proyektlər götürməkdən çəkinməyin: çox güman ki, onlarda tez bir zamanda uğur qazanacaqsınız. Həmçinin uzun müddət bacarmadığınız işlərin öhdəsindən gəlmək imkanınız olacaq. Dostlarla gözəl vaxt keçirmək, bəzi maraqlı yerləri ziyarət etmək, darıxdığınız insanları görmək fürsəti yaranacaq. Bəzi Buğalar əvvəllər dost bildiyi insanlar tərəfindən xəyanətə uğraya bilərlər. Həftəsonu pul qazanmaq üçün təklif alacaqsınız: maddi durumunuz xeyli yaxşılaşacaq. Uğurlu günləriniz 25, 28 yanvar, uğursuz gününüz isə 24 yanvardır.

ƏKİZLƏR bürcü


Bu həftə hədiyyələr və xoş sürprizlərlə dolu olacaq. Sizi gizli sevən pərəstişkarınız var: onun kim olduğunu aşkar edəcəksiniz. Həftənin ortasında qohumlar sizdən zəli kimi yapışacaq və qanınızı içəcəklər. Səbəb isə sizin böyük pul əldə etməyiniz olacaq: hər kəs sizin uğurunuzdan bir parça qoparmaq istəyəcək. Həftəsonu liderlik keyfiyyətlərinizi göstərmək şansınız olacaq: yeni vəzifə almaq və ya müdir olmaq şansınız yüksəkdir. Uğurlu günləriniz 23, 25 yanvar, uğursuz gününüz isə 28 yanvardır.

XƏRÇƏNG bürcü


“Eşq təsədüfləri sevər”: bir görüş sizin həyatınızı 180 dərəcə dəyişəcək. Xaricə səfər etmək təklifi ala bilərsiniz, hətta orada qalmaq və ya iş qurmaq şansınız olacaq. Balışınızın altınızda bir-iki manat varsa, onu biznesə yatırın, sonda varlı olacaqsınız. Həftəsonu əks cins tərəfindən aşırı diqqət görəcəksiniz: bu, sizin üçün çox bezdirici ola bilər. Uğurlu günləriniz 26, 29 yanvar, uğursuz gününüz isə 23 yanvardır.

ŞİR bürcü


Həftənin başlanğıcı xoşunuza gələn insana sevgi etirafı etmək üçün çox əlverişlidir: hissləriniz cavabsız qalmayacaq. Həftəiçi planlaşdırılmamış səfərlər mümkündür, odur ki, pasportunuzu hazır saxlayın: bir də gördünüz, xaricə getməlisiniz. Evli olanların başı üstünü qara buludlar alacaq: qısqanclıq səbəbindən münaqişələr baş tutacaq. Uğurlu günləriniz 24, 27 yanvar, uğursuz gününüz isə 28 yanvardır.

QIZ bürcü


Ünsiyyət baxımından çətin həftədir. Bəzən əvvəllər mükəmməl başa düşdüyünüz insanlarla belə anlaşmaq çətin olacaq. Xırda münaqişələr, qızğın mübahisələr istisna deyil. Onlara son qoymağın bir yolunu tapacaqsınız, amma bunun üçün səy göstərmək lazım olacaq. Dostlarınız həftəsonu sizə böyük xoş sürpriz hazırlayacaqlar: inanın ki, göz yaşlarınızı saxlaya bilməyəcəksiniz. Evdə qalmış subay oğlanların bəxti açılacaq: axır ki, ikinci yarınız qarşınıza çıxacaq. Uğurlu günləriniz 27, 28 yanvar, uğursuz gününüz isə 23 yanvardır.

TƏRƏZİ bürcü


Bu həftə hadisələrlə dolu olacaq: sevgi cəbhəsində və karyeranızda böyük dəyişikliklər baş verəcək. Həftəiçi çoxlu pul xərcləyəcəksiniz, lakin sonda xərclədiyinizin 10 qatını geri alacaqsınız. Müdiriyyət tərəfindən sürprizlərə hazır olun: vəzifənizlə bağlı yenilik baş verə bilər. Həftəsonu maraqlı görüş baş tutacaq: uşaqlıq dostunuz və ya keçmiş sevgiliniz həyatınıza daxil olacaq. Uğurlu günləriniz 24, 26 yanvar, uğursuz gününüz isə 27 yanvardır.

ƏQRƏB bürcü


Həftənin birinci yarısı sakit keçsə də, ikincisi sürprizlərlə dolu olacaq. Nələrsə plana uyğun getməyəcək, hadisələr gözlənilməz şəkildə cərəyan edə bilər. İntuisiyanıza güvənin: o, sizə çox faydalı ipucular verəcək. Həftəsonu möcüzəyə inanacaqsınız: arzunuz çin olacaq və bu sizi şoka salacaq. Uğurlu günləriniz 25, 28 yanvar, uğursuz gününüz isə 24 yanvardır.

OXATAN bürcü


Bu həftə sizi narahat edən problemlərə son qoyulacaq. Yaxşı günlərə hazır olun. Ürəyinizin qapısını lazımsız insanlara açmayın, onlar sizə yaxın olub zəif yerinizi tapa, sonra isə sizə zərbə vura bilərlər. Odur ki, bəzən soyuqqanlı, ürəksiz görünmək daha yaxşıdır. Həftəsonu karyera yüksəlişinə bir pillə də yaxınlaşacaqsınız. Subayların qabağına pullu, varlı, zadəgan bir insan çıxacaq. Lakin onun maddi durumuna aldanmayın, iç dünyasının zənginliyini yoxlayın. Uğurlu günləriniz 24, 27 yanvar, uğursuz gününüz isə 23 yanvardır.

OĞLAQ bürcü


Həftə xoş xəbərlə başlayacaq: bu xəbəri çoxdan gözləyirdiniz. Həyatınızın ən parlaq günləri başlayacaq, çünki uğur sizin tərəfinizdə olacaq. Arzu etdiyiniz iş özü sizin qarşınıza çıxacaq. Ətrafınızda olan bir insan sizə sürpriz hazırlayır: bu ya maddi hədiyyə, ya da sevgi etirafı ola bilər. Münasibətdə olan Oğlaqlar, partnyorunuzu qısqandırmağa çalışmayın, nə də buna şərait yaratmayın, əks halda sevgi nifrətə çevrilə bilər. Uğurlu günləriniz 25, 28 yanvar, uğursuz gününüz isə 27 yanvardır.

DOLÇA bürcü


Dolçalar bu həftə ciblərində artım hiss edəcəklər. Həftənin ikinci yarısında kimin əsl dost olduğu, kimin isə sadəcə etibarınızdan istifadə etdiyi bəlli olacaq. Bütün vacib qərarları və planları gələn həftəyə keçirmək məsləhət görülür. Bahalı, lazımsız əşya alacaqsınız, lakin sonra xərclədiyiniz pula heyfiniz gələcək. Həftəsonu karyera yüksəlişinə doğru əhəmiyyətli addım atacaqsınız. Uğurlu günləriniz 23, 24 yanvar, uğursuz gününüz isə 26 yanvardır.

BALIQLAR bürcü


Bu həftə heç kimdən yardım gözləməyin və yalnız özünüzə güvənin! Həftə çox ağır keçəcək, işiniz, qayğınız başınızdan aşacaq. Lakin həftəsonu əziyyətinizin bəhrəsini görəcəksiniz. Aylarla alınmayan işləri bu həftə görüb uğur qazana bilərsiniz. Riskli bildiyiniz işlərə əl atın: uğur sizi təqib edəcək. Həftəsonu ulduzlar sizə möhtəşəm hədiyyə hazırlayıb: bu, sizi çox xoşbəxt edəcək. Uğurlu günləriniz 24, 27 yanvar, uğursuz gününüz isə 23 yanvardır.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Dünən, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Dünən, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Dünən, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Dünən, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Dünən, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Dünən, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Dünən, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Dünən, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Dünən, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Dünən, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Dünən, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
22 iyun 2026, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
22 iyun 2026, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
22 iyun 2026, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
22 iyun 2026, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
22 iyun 2026, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
22 iyun 2026, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
22 iyun 2026, 15:14

Sabah hava necə olacaq?

Xəbər
22 iyun 2026, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
22 iyun 2026, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
22 iyun 2026, 13:49

Bülbülün doğum günüdür

Xəbər
22 iyun 2026, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
22 iyun 2026, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Oxşar xəbərlər