top
Həftəlik bürclər 4 MART - 10 MART
03 mart 2024, 10:00
- +

Həftəlik bürclər 4 MART - 10 MART

QOÇ bürcü


Bu həftə həyatınızda yeniliklər etmək üçün əla vaxtdır: köhnə işinizi dəyişmək, toksik münasibətlərdən qurtulmaq zamanıdır. Bu, sakit, xoşbəxt vaxt həftəsi taleyüklü qərarlar qəbul etmək üçün əlverişlidir. Ürəyinizdə bir arzu var və o, mütləq bu yaxınlarda çin olacaq. Sevgilinizə diqqət yetirin, yoxsa onu itirə bilərsiniz: münasibətlərinizə romantik anlar qatın. Subaylar, bu həftə çoxlu talibiniz olacaq: ürəyinizin qapısını açıq saxlayın. Uğurlu günləriniz 4, 7 mart, uğursuz gününüz isə 10 martdır.

BUĞA bürcü


Bu həftə siz improvizasiya etməli, zarafatcıl və təşəbbüskar olmalısınız: bəzən özünüzü yenidən həyatı əyləncəli bir oyun kimi qəbul edən qayğısız uşaq kimi hiss etmək çox faydalıdır. İşinizdə yüksəliş və ya kiçik bonuslar sizi sevindirəcək. Bu həftə romantikaya qərq olacaqsınız: münasibətləriniz yeni səviyyəyə çatacaq. Subayların maraqlı insanla tanış olmaq şansı yüksəkdir: ancaq diqqətli olun və görünüşə aldanmayın. Bəzən ilk təəssürat yalan ola bilər: mələk cildində həyatınıza şeytan daxil ola bilər. Uğurlu günləriniz 5, 9 mart, uğursuz gününüz isə 8 martdır.

ƏKİZLƏR bürcü


Bu həftə xanımlar güllər, hədiyyələr içində üzəcəklər: xoşbəxt və romantik anlara hazır olun. Hətta sevgi etirafları, evlənmək təklifi belə gələ bilər: “Həyat” adlanan kitabda “Xoşbəxtlik” adlı yeni fəsil yazılacaq. Üsyan etmək vaxtıdır! Sizi əzmək istəyənləri, sizdən istifadə edən insanları həyatdan silmək zamanıdır: gələcəyinizin parlaq olması üçün zəlilərdən qurtulun. Ev almaq istəyən Əkizlərə yardım və ya dəstək gələ bilər: həyat sizin üzünüzü güldürəcək. Subay oğlanlar, bir qız başınızı “bişirmək” üzrədir: təslim olsanız, xoşbəxt olacaqsınız. Uğurlu günləriniz 6, 8 mart, uğursuz gününüz isə 5 martdır.

XƏRÇƏNG bürcü


Şəxsi həyatınızda romantikaya, qeyri-adi hədiyyələrə, sürprizlərə və təriflərə hazır olun: həftənin parlaq ulduzu Xərçəng olacaq. Həftənin ikinci yarısında qanunla bağlı problem yaşaya bilərsiniz: tanımadığınız insanların şübhəli təkliflərindən imtina etsəniz, özünüzü qoruya bilərsiniz. Bəlkə bilmirsiniz, amma sizə dəlicəsinə aşiq olan biri var: o, yanınızdadır, amma siz sanki kor olmusunuz və onu görmürsünüz. Bəlkə də “frendzona”ya son qoymaq vaxtıdır? Maliyyə baxımından kiçik də olsa, artım gözlənilir: müdiriyyət sizin işlərinizdən razı qalacaq. Uğurlu günləriniz 4, 7 mart, uğursuz gününüz isə 6 martdır.

ŞİR bürcü


Bu həftə haqq-ədalət öz yerini tapacaq: sizə məxsus ola-ola əlinizdən alınanlar sizə qayıdacaq. Həmçinin sizi qaralayan, sizə şər atan insanlar cəzalarını alacaqlar: onlar ayağınıza gəlib sizdən üzr istəyəcəklər. Şirniyyat yeməyi tamamilə dayandırmaq lazım deyil, ancaq azaltsanız gözəl olar: yediklərinizə fikir verməsəniz, sağlamlıqla bağlı problem yaşaya bilərsiniz.
Maliyyə durumunuz yaxın gələcəkdə sizi sevindirəcək: əlavə gəlir və ya yüksəliş gözləyin. Toya gedən gənclər, ətrafınıza yaxşı baxın, çünki ikinci yarınız orada olacaq: birini bəyənsəniz, o insandan əl çəkməyin. Uğurlu günləriniz 9, 10 mart, uğursuz gününüz isə 7 martdır.

QIZ bürcü


Bu həftə siz maliyyə baxımından uğur qazanacaqsınız: işdəki səyləriniz mükafatlandırılacaq, bonuslar mümkündür. Sağlamlığınıza fikir verin: həkim qəbuluna yazılın, ümumi yoxlanış edin. Qız bürcünün kişi nümayəndəsi, tərəddüd etmədən evlən: əgər qarşına yaxşı qadın çıxsa, hamıdan fərqlənəcəksən, pisi çıxsa, filosof olacaqsan. Niyə də bu həftə xarici şirkələrə müraciət etməyəsiniz? Özünüzə inanırsınızsa, mütləq məqbul cavab alacaqsınız. Uğurlu günləriniz 8, 9 martdır, uğursuz gününüz gözlənilmir.

TƏRƏZİ bürcü


Bu həftə Tərəzilər üçün çoxlu yeni tanışlıqlar vəd edir: ictimai fəaliyyətiniz peşəkar sahədə və şəxsi həyatınızda uğur qazanmağınıza kömək edəcək. Evdə qalmış subay bəylər, “artıq evlənmək vaxtıdır” kimi sözlərə, basqılara hazır olun: subaylığın daşını atmaq vaxtı gəlir. Qarşınızda seçim var, amma səhv etməkdən qorxursunuz: yaxın dostlarınıza ürəyinizi açın, məsləhət alın və inanın ki, haqq yolunu tapacaqsınız. Qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır: evli olan kişilər, 8 martda ikinci yarınıza onun istədiklərini verin. Uğurlu günləriniz 4, 8 mart, uğursuz gününüz isə 5 martdır.

ƏQRƏB bürcü


Həftə Əqrəb üçün əlverişsiz görünəcək: bunun səbəbi gördüyünüz pis yuxu ola bilər. Yuxunuza çox əhəmiyyət verməməli və özünüzü qorxutmamalısınız. Əgər hansısa vacib məsələ ilə üzləşsəniz, ondan qaçmamalısınız: qorxunu dəf etdikdən sonra başınıza mütləq yeni və maraqlı hadisələr gələcək. Əzmkarlığınız və işə məsuliyyətli münasibətiniz əhəmiyyətli uğurlar qazanmağınıza kömək edəcək: diqqəti uzunmüddətli hədəflərə cəmləyin. Dalınızca bir nəfər düşəcək: zəli kimi sizə yapışacaq, amma sonda ürəyinizi alacaq. Uğurlu günləriniz 7, 10 mart, uğursuz gününüz isə 8 martdır.

OXATAN bürcü


Qızıl oda, qadın qızıla, kişi isə qadına görə əriyər: Oxatanlar, qarşınıza sizin qəlbinizi alan bir xanım çıxacaq. Təhsillə bağlı problemlərlə qarşılaşa bilərsiniz: parlaq gələcək istəyirsinizsə, səhvlərə imkan verməməlisiniz. Bu bürcün xaricə köçmək və ya orada işləmək istəyən nümayəndələri, xoş xəbərlər gözləyin: şirkətlərə CV verənlər və ya vermək istəyənlər sevinəcəklər. Siqaret çəkən bəylər, bəlkə, bu zərərli vərdişdən qurtulmaq vaxtıdır? Bunu etməsəniz, yaxın gələcəkdə sağlamlığınızla bağlı ciddi problemlərlə üzləşəcəksiniz. Uğurlu günləriniz 8, 9 mart, uğursuz gününüz isə 10 martdır.

OĞLAQ bürcü


Kişilər özlərini yorğun hiss etdikləri üçün, qadınlar isə həvəsdən evlənirlər: istənilən halda peşman olurlar. Hələ ki subaysınız, 100 ölçüb, bir biçin: hazırda münasibətdə olan insan gələcəkdə sizin həyat yoldaşınız ola bilərmi? Ümumiyyətlə, həftə seçimlərlə dolu hadisələrdən ibarət olacaq: bu, iş təklifi, ölkəni tərk etmək və əmlaka pul yatırmaq ola bilər. Həftənin ortasında parlaq ulduz kimi saçacaqsınız: başınıza xoş hadisələr gələcək. Uğurlu günləriniz 5, 9 mart, uğursuz gününüz isə 6 martdır.

DOLÇA bürcü


Bu həftə yaradıcılıq və yenilik dövrü ilə yadda qalacaq: orijinal ideyalarınız və qeyri-ənənəvi yanaşmalarınız rəğbət qazanacaq. Özünü inkişaf etdirmək xoşbəxt həyata aparan yollardan biridir. Bu günlərdə heç kimə öz planlarınız haqqında deməyin: nəfsləri qala bilər və planlarınız puç ola bilər. Bu yaxınlarda mübahisə etdiyiniz insanlarla dialoqa girməkdən xüsusilə ehtiyatlanmaq lazımdır: münaqişə təkrarlana bilər. Borc verməkdən çəkinin, hətta yaxın insan olsa belə: risk var ki, verdiyiniz pul geri qayıtmasın. Uğurlu günləriniz 4, 8 mart, uğursuz gününüz isə 9 martdır.

BALIQLAR bürcü


Bu həftə yeni bir işə başlamaqdan qorxmayın: həyata sıfırdan başlamaq, kiçik bir səyahətə çıxmaq və ya maraqlı bir insanla tanış olmaq şansınız olacaq. Bu dövrdə qələbə və uğur sizi taqib edəcək. Liderlik keyfiyyətlərinizi nümayiş etdirməklə, digərlərindən daha tez nəticə əldə edə biləcəksiniz. Bu həftə monoton fəaliyyətlərlə məşğul olmağınız qəti şəkildə qadağandır. Siz emosional depressiyaya düşə bilərsiniz və enerjiniz tükənə bilər. 8 mart sizin üçün qeyri-adi hadisələrlə yadda qalacaq: üzünüzdən təbəssüm əskik olmayacaq. Uğurlu günləriniz 6, 8 mart, uğursuz gününüz isə 10 martdır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Bu gün, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Bu gün, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Bu gün, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Bu gün, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Bu gün, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Bu gün, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Bu gün, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Bu gün, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Bu gün, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Bu gün, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
Dünən, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
Dünən, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
Dünən, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
Dünən, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
Dünən, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
Dünən, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
Dünən, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
Dünən, 13:49

Bülbülün doğum günüdür

Xəbər
Dünən, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
Dünən, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Oxşar xəbərlər