Bakıda 1 dollarlıq əsginaslar fantastik qiymətə satışa çıxarılıb. Bu haqda BakuPlus.az bu gün, 16 aprel tarixində xəbər verir.
Amerikalı iş adamı İlon Maskın 2013-cü ilə aid 1 dollarlıq əsginasları bitkoinlə dəyişəcəyi haqqında məlumatlara aldanaraq, əllərində olan sözügedən əsginasların Mərkəzi Bankın elan etdiyi məzənnədən daha dəyərli olduğunu düşünərək və ya dələduzluq məqsədilə onları dəyərindən dəfələrlə yüksək qiymətə satmağa çalışırlar.
Satış platformalarında qiyməti 50.000 ABŞ dollarına qədər olan əsginaslar da var.
Qeyd edək ki, bu, vergi qeydiyyatı tələb edən sahibkarlıq növüdür. Əks halda bu cür fəaliyyət qanunla qadağandır.