top
Şəhid xanımı: Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir
03 oktyabr 2026, 10:00
- ↺ +

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

"Çox çətin sosial şəraitdə yaşayırıq. İki övladımı tək böyüdürəm və kirayəhaqqını ödəmək ailəm üçün ciddi yükə çevrilib".

Bunu Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Rahil Əkbərovun həyat yoldaşı Sveta Əkbərova deyib. 

O bildirib ki, şəhid ailəsi olaraq 6 ildir evsizdirlər: "Mənzil təminatı ilə bağlı müraciət etsək də, hələ də ev sahibi ola bilməmişik. Yoldaşımdan mənə iki əmanət qalıb: Rəvan və Damla. Mənim istəyim yalnız övladlarımın rahat və təhlükəsiz şəraitdə böyüməsidir. Onların şəhid övladı kimi öz evlərində yaşamaq haqqının təmin olunmasını istəyirəm. Artıq altı ildir ki, iki övladımla birlikdə Bakıda kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir. Öz evimiz olsa, vəziyyət düzələr. Lakin aidiyyəti qurumlara müraciət etsək də, hələ də cavab ala bilməmişik".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib ki, sözügedən şəhid ailəsi mənzil qeydiyyatına alınıb: "Rahil Əkbərovun həyat yoldaşı Sveta Mehman qızı Əkbərova Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 6 aprel 2021-ci il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınıb.

Vətəndaş daimi pasport qeydiyyatını Bakı şəhəri, Binəqədi rayonuna dəyişdiyi üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2023-cü il tarixli Sərəncamı ilə əvvəlki növbəlilik tarixi saxlanılmaqla 3 nəfər (özü, oğlu və qızı) ailə tərkibi ilə mənzil növbəliliyi Binəqədi rayonuna keçirilib.

Şəhidimizin həyat yoldaşının mənzillə təmin olunması üçün Agentliyə təqdim etdiyi sənədlərə baxılıb və ailə tərkibi nəzərə alınmaqla ikiotaqlı mənzillə təmin olunması nəzərdə tutulub. S.Əkbərovanın sosial məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə əsasən növbəlilik qaydasında baxılacaq".

Qeyd edək ki, Rahil Əkbərov Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il noyabrın 26-sı Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub. R.Əkbərov Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mənbə: qafqazinfo.az

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Oxşar xəbərlər