Paytaxtın Yasamal rayonu, Müstəqillik küçəsində yerləşən "Park Yasamal" yaşayış kompleksinin qarşısında avtomobillərin düzgün park edilməməsi narazılığa səbəb olub.
Bakuplus.az-a müraciət edən vətəndaşlardan biri bildirib ki, sürücülərin avtomobillərini nizamsız saxlaması səbəbindən yolda hərəkət çətinləşib.
Belə ki, park edilən avtomobillərə görə iki maşının yanaşı hərəkət etməsi mümkün deyil.