Bakının Yasamal rayonunda yerləşən tarixi hamamın söküləcəyi ilə bağlı iddialar yayılıb.
Bakuplus.az-a müraciət edən sakinlərin sözlərinə görə, Mirzə Fətəli Axundov küçəsi, 105 ünvanında yerləşən, XIX əsrə aid "Şor hamamı"nın üzərindəki inventar nömrəsini göstərən lövhə yığışdırılıb.
Sakinlər bildirirlər ki, əraziyə bəzi şəxslər gəlib-gedir və hamamın söküləcəyini deyirlər. Tarixi binanın ətrafında aktiv söküntü işlərinin aparılması vətəndaşların daha da narahatlığına səbəb olub.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb.