top
Anasının seçdiyi qızla evləndi, bir gecədə  saçı ağardı - Xalq artistinin anım günüdür
Bu gün, 11:00
- ↺ +

Anasının seçdiyi qızla evləndi, bir gecədə saçı ağardı - Xalq artistinin anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xalq artisti, Dövlət Mükafatı laureatı Yaşar Nurinin anım günüdür.

Bakuplus.az xəbər verir ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Uşaqlıqdan aktyorluğa maraq göstərib. Bir dəfə məktəbin pəncərəsini sındırdığı üçün direktor atasını çağırmasını istəyib. Məmmədsadıq Nuriyevi tanıyan direktor Yaşarı bağışlayıb. Aktyor sonralar bu hadisəni belə xatırlayırdı: "Düşündüm ki, mənim kiçik xətamı atama görə keçdilər. Gərək mən də aktyor olam ki, böyüyəndə böyük xətalarımı da özümə görə keçsinlər".

Yaşarın səhnəyə ilk addımı 12 yaşında "Toy kimindir?" tamaşasında olub. Tapdıq rolunun ifaçısı xəstələnəndə tamaşanı əzbər bilən Yaşara həmin obrazı oynamaq təklif olunub. O, rolun öhdəsindən gəlib və ilk dəfə atası ilə eyni səhnəni bölüşüb.

1968-ci ildə 173 nömrəli məktəbi bitirən Yaşar Nuri Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1972-ci ildə institutu bitirib, hərbi xidmətdən sonra 1974-cü ildə Akademik Milli Dram Teatrına qəbul edilib.

Tələbəlik illərində tanınan aktyor anasının seçdiyi qızla ailə qurub. Yaşar Nuri evlilik təklifini yumorla edib: "Vaxt yoxdur ssenari qurmağa, bütün günü səhnədə ssenari ilə oynayıram. Evlənirik. Vəssalam".

Ona şöhrət gətirən "Səni axtarıram" tamaşasında Firəngiz Mütəllimova ilə tərəf-müqabili olub. Aralarında sevgi münasibəti olduğu barədə söz-söhbətlər yayılsa da, həyat yoldaşı Rəhimə xanım Yaşarın Firəngizə meylini hiss etdiyini, lakin münasibət yaşamadıqlarını bildirib.

Yaşar Nurinin arzularından biri Kukla Teatrında Məşədi İbad obrazını oynamaq olub. Aktyor tamaşada cəmi üç dəfə səhnəyə çıxıb. Qızı Ülviyyə sonuncu çıxışdan sonra atasının səhnəyə son dəfə çıxdığını hiss etdiyini və ağladığını xatırlayıb.

20 Yanvar hadisələri aktyora ağır təsir edib. Həmin hadisələrdən sarsılan Yaşar Nurinin saçının arxa hissəsinin xeyli qismi bir gecədə ağarıb.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə, 61 yaşında Mərkəzi Gömrük Hospitalında vəfat edib. Ölümündən üç gün əvvəl qızlarına "Mən öləndən sonra siz neyləyəcəksiniz?" demişdi.

Son xəbərlər

Yasamal
Dünən, 17:45

"Park Yasamal"ın qarşısında nizamsız parklanma küçəni daraldıb

Yasamal
Dünən, 16:30

Bakıda oğru "Xala bağışla, səhv gəlmişəm" deyib qaçdı

Xəbər
Dünən, 15:55

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Xəbər
Dünən, 14:23

Bakıya güclü yağış yağacaq

Xəbər
Dünən, 13:29

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Xəbər
Dünən, 12:03

Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı

Xəbər
Dünən, 11:16

Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb

Aktual Xəbərlər
Dünən, 10:41

Azərbaycan nefti ucuzlaşıb

Xəbər
Dünən, 09:31

Bakıda ağac təhlükə yaradır - sakinlərdən şikayət

Aktual Xəbərlər
20 noyabr 2026, 22:02

Pul verməyən sakinlər liftə buraxılmır? – 17 mərtəbəli binada qalmaqal

Kriminal
20 noyabr 2026, 21:00

"Qalmağa yerimiz yoxdur" deyib, ev sahibini soydular

Aktual Xəbərlər
20 noyabr 2026, 20:26

BDU-nun prorektoru vəzifəsindən azad edilib

Xəbər
20 noyabr 2026, 19:51

Uşaq Fondu Hökumət Evindən çıxarıldığını bildirir

Xəbər
20 noyabr 2026, 18:48

Qətlə yetirilən Gülarənin atası: "Özümü qınayıram ki, onu niyə vaxtında həkimə aparmadım"

Xəbər
20 noyabr 2026, 17:00

Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək

Xəbər
20 noyabr 2026, 16:14

Xırdalanda oğul ondan "nə vaxt evlənirsən?" soruşan anasını döydü

Xəbər
20 noyabr 2026, 15:38

Vyetnamın Azərbaycanda səfirliyi açılacaq

Xəbər
20 noyabr 2026, 14:44

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir

Xəbər
20 noyabr 2026, 13:03

Sabah Bakıda 20 dərəcə isti olacaq

Xəbər
20 noyabr 2026, 12:36

ABŞ-də yaşayan aparıcı Hüsniyyənin övladlarının məktəbində bomba təhlükəsi

Xəbər
20 noyabr 2026, 11:42

Bakı–Balakən qatarı bu gündən fəaliyyətə başlayır

Xəbər
20 noyabr 2026, 10:21

Müsadirə edilən "Atlant"ın rəhbəri öldü

Xəbər
20 noyabr 2026, 09:25

"Avtomobillər yolu zəbt edib, avtobuslar keçə bilmir" - Bakı sakini

Oxşar xəbərlər