top
Uşaq Fondu Hökumət Evindən çıxarıldığını bildirir
Bu gün, 19:51
- ↺ +

Uşaq Fondu Hökumət Evindən çıxarıldığını bildirir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəyli bildirib ki, noyabrın 20-də Bakıda yerləşən Hökumət Evində fondun istifadə etdiyi iki otaqdakı əşyalar çıxarılıb. Onun sözlərinə görə, qalan iki otağın da noyabrın 23-də, bazar ertəsi boşaldılması nəzərdə tutulur.

Bakuplus.az xəbər verir ki, Bədəlbəyli videomüraciətində əşyaları çıxarmağa gələn şəxslərin Əmlak Komitəsinin əməkdaşları olduğunu deyib. Onun iddiasına görə, həmin şəxslər öz vəzifələrini təsdiq edən hər hansı sənəd təqdim etməyiblər.

"Heç bir sənəd göstərmədən əmlakımızı götürmək və otaqları boşaltmaq istəyirlər", – deyə Bədəlbəyli bildirib.

Fond sədrinin sözlərinə görə, əşyaları əvvəlcə anbara aparmaq istəyiblər. Lakin sonradan onlar fondun istifadəsində qalan digər iki otağa yerləşdirilib. Bədəlbəyli əşyaların bir qismini şəxsi vəsaiti hesabına aldığını da qeyd edib.

O bildirib ki, Azərbaycan Uşaq Fondu 24 ildir Hökumət Evində fəaliyyət göstərir. Fondun əvvəlki binası musiqi kollecinə verildikdən sonra Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli qərarı ilə təşkilata beş otaq ayrılıb. Noyabrın 20-dək fond həmin otaqlardan dördündən istifadə edib. Bədəlbəylinin sözlərinə görə, sözügedən qərar hələ də qüvvədədir.

Sədr əlavə edib ki, fondan əvvəllər də otaqları boşaltmaq tələb olunub. Hazırda təşkilat yalnız kommunal xidmətlərə görə ödəniş edir.

"Kommunal borcumuz var. Onu ödəməkdən imtina etmirik. Vəsaitimiz olanda ödəyəcəyik", – deyə Bədəlbəyli bildirib.

Videomüraciətində Zəhra Bədəlbəyli Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək məsələyə müdaxilə etmələrini xahiş edib. O, hadisənin Ümumdünya Uşaq Günü ərəfəsində deyil, məhz həmin gün baş verdiyini vurğulayıb.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 20:26

BDU-nun prorektoru vəzifəsindən azad edilib

Xəbər
Bu gün, 18:48

Qətlə yetirilən Gülarənin atası: "Özümü qınayıram ki, onu niyə vaxtında həkimə aparmadım"

Xəbər
Bu gün, 17:00

Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək

Xəbər
Bu gün, 16:14

Xırdalanda oğul ondan "nə vaxt evlənirsən?" soruşan anasını döydü

Xəbər
Bu gün, 15:38

Vyetnamın Azərbaycanda səfirliyi açılacaq

Xəbər
Bu gün, 14:44

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir

Xəbər
Bu gün, 13:03

Sabah Bakıda 20 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:36

ABŞ-də yaşayan aparıcı Hüsniyyənin övladlarının məktəbində bomba təhlükəsi

Xəbər
Bu gün, 11:42

Bakı–Balakən qatarı bu gündən fəaliyyətə başlayır

Xəbər
Bu gün, 10:21

Müsadirə edilən "Atlant"ın rəhbəri öldü

Xəbər
Bu gün, 09:25

"Avtomobillər yolu zəbt edib, avtobuslar keçə bilmir" - Bakı sakini

Xəbər
Bu gün, 00:20

Qarakənd faciəsindən 35 il ötür...

Xəbər
Bu gün, 00:01

Bu gün Ağdam Şəhəri Günüdür

Xəbər
Dünən, 17:04

Gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə hökm oxundu

Aktual Xəbərlər
Dünən, 15:56

Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı

Xəbər
Dünən, 15:18

Gələcək qayınanasının qızıllarını oğurlayıb nişanlısına "İphone 17" aldı

Xəbər
Dünən, 14:35

Abşeron xəstəxanasında həkimin geyimi müzakirə yaratdı – TƏBİB-dən açıqlama

Xəbər
Dünən, 13:37

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Xəbər
Dünən, 12:52

Məleykə Abbaszadə BDU-nun 107 illik tarixində ilk qadın rektor oldu

Xəbər
Dünən, 12:25

Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var - sədr müavini

Aktual Xəbərlər
Dünən, 11:12

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

Xəbər
Dünən, 10:19

Elçin Babayev vəzifəsindən azad olundu

Aktual Xəbərlər
Dünən, 10:14

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib

Oxşar xəbərlər