top
Gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə hökm oxundu
Bu gün, 17:04
- ↺ +

Gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə hökm oxundu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Binəqədi rayonu, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov 3 il müddətə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Həmçinin Azər Cümşüdov 2 il müddətə müəyyən vəzifə tutmaq hüququndan da məhrum olunub.

Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı Azər Cümşüdovun 5 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2025-ci il iyunun 26-da Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

Mənbə: report.az

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 15:56

Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı

Xəbər
Bu gün, 15:18

Gələcək qayınanasının qızıllarını oğurlayıb nişanlısına "İphone 17" aldı

Xəbər
Bu gün, 14:35

Abşeron xəstəxanasında həkimin geyimi müzakirə yaratdı – TƏBİB-dən açıqlama

Xəbər
Bu gün, 13:37

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Xəbər
Bu gün, 12:52

Məleykə Abbaszadə BDU-nun 107 illik tarixində ilk qadın rektor oldu

Xəbər
Bu gün, 12:25

Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var - sədr müavini

Aktual Xəbərlər
Bu gün, 11:12

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

Xəbər
Bu gün, 10:19

Elçin Babayev vəzifəsindən azad olundu

Aktual Xəbərlər
Bu gün, 10:14

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib

Xəbər
Bu gün, 10:07

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq

Xəbər
Bu gün, 09:28

Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı

Xəbər
Dünən, 17:53

Bakıda ər ondan boşanmaq istəyən arvadını döydü

Xəbər
Dünən, 17:27

Dekabrın 4-dəki imtahan ləğv edildi: ödənişlər qaytarılacaq

Aktual Xəbərlər
Dünən, 16:59

Qadın "TikTok"dan paltar sifariş etdi, puldan oldu

Xəbər
Dünən, 14:20

"Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq

Xəbər
Dünən, 13:26

Onu marketdə sürüyən ərinin həbsini istəmədi - "Beş övladıma görə..."

Xəbər
Dünən, 12:56

Xırdalanda keçmiş sevgilisini xatırlayan gənc özünü bıçaqladı

Aktual Xəbərlər
Dünən, 12:20

Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə!

Kriminal
Dünən, 11:01

Abşeronda qardaşının qayınatasını öldürən şəxsə hökm oxundu

Xəbər
Dünən, 10:00

10 ayda 310 mindən çox çıxarış: bölgələr Bakını üstələdi

Aktual Xəbərlər
Dünən, 09:57

Azərbaycanda 2364 reklam qurğusu sökülüb

Xəbər
Dünən, 09:47

Ramiz Mehdiyev cəzasından narazıdır

Xəbər
17 noyabr 2026, 18:00

Azərbaycanda gənc aktrisa vəfat edib

Oxşar xəbərlər