top
Abşeron xəstəxanasında həkimin geyimi müzakirə yaratdı – TƏBİB-dən açıqlama
Bu gün, 14:35
- ↺ +

Abşeron xəstəxanasında həkimin geyimi müzakirə yaratdı – TƏBİB-dən açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron Rayon Mərkəzi Xəstəxanasının Ümumi cərrahiyyə şöbəsində iş intizamı, tibbi geyim qaydaları və rəhbərliyin nəzarəti ilə bağlı vətəndaş narazılıq edib. Şikayət sosial şəbəkədə yayımlanıb, məsələ ilə bağlı TƏBİB araşdırma aparıb.

Bakuplus.az xəbər verir ki, vətəndaş Vüqar Sadıqov sosial şəbəkə hesabında paylaşdığı müraciətində səhiyyə naziri Anar Bayramova və TƏBİB-ə üz tutaraq xəstəxanada müşahidə etdiyi halların araşdırılmasını istəyib.

O, Ümumi cərrahiyyə şöbəsində Oruc adlı həkimi mülki geyimdə gördüyünü bildirib. Şikayətçinin sözlərinə görə, həkim özü ona yaxınlaşaraq qazi olduğunu da qeyd edib. V.Sadıqov qazi statusuna hörmətlə yanaşdığını vurğulasa da, tibbi müəssisədə müəyyən edilmiş qaydaların bütün əməkdaşlara eyni şəkildə tətbiq edilməli olduğunu bildirib.

Vətəndaş, həmçinin şöbə müdirinin tabeliyindəki əməkdaşlara nəzarətindən, Keyfiyyətə Nəzarət xidmətinin fəaliyyətindən və baş həkimin xəstələrin vəziyyəti ilə maraqlanmasından narazılığını ifadə edib. O, xəstəxanada iş intizamının və nəzarət mexanizmlərinin yoxlanılmasını tələb edib.

Bakuplus.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Abşeron RMX-nin Ümumi cərrahiyyə şöbəsinin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətə müvafiq qaydada baxılıb.

Aparılmış araşdırma zamanı müəyyən edilib ki, ümumi cərrah Oruc Şəfiyevlə qarşılaşma onun işə yeni gəldiyi və tibbi geyimini dəyişməzdən əvvəlki vaxtda baş verib. Bu səbəbdən sözügedən halın əmək intizamının və tibbi geyim qaydalarının pozulması kimi qiymətləndirilməsi üçün əsas müəyyən edilməyib. Eyni zamanda, həkimin iş fəaliyyəti, o cümlədən müayinə və əməliyyatlar zamanı müvafiq tibbi geyimdən istifadə etdiyi təsdiqlənib.

Müraciətdə əksini tapan digər məsələlər də araşdırılıb, əmək intizamı, sanitariya-gigiyena və infeksion təhlükəsizlik tələblərinin pozulması halları aşkar edilməyib.

Bununla yanaşı, tibbi geyim qaydalarına riayət olunmasına nəzarətin daha da gücləndirilməsi məqsədilə xəstəxana rəhbərliyinə müvafiq tövsiyələr verilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 13:37

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Xəbər
Bu gün, 12:52

Məleykə Abbaszadə BDU-nun 107 illik tarixində ilk qadın rektor oldu

Xəbər
Bu gün, 12:25

Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var - sədr müavini

Aktual Xəbərlər
Bu gün, 11:12

Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

Xəbər
Bu gün, 10:19

Elçin Babayev vəzifəsindən azad olundu

Aktual Xəbərlər
Bu gün, 10:14

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib

Xəbər
Bu gün, 10:07

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq

Xəbər
Bu gün, 09:28

Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı

Xəbər
Dünən, 17:53

Bakıda ər ondan boşanmaq istəyən arvadını döydü

Xəbər
Dünən, 17:27

Dekabrın 4-dəki imtahan ləğv edildi: ödənişlər qaytarılacaq

Aktual Xəbərlər
Dünən, 16:59

Qadın "TikTok"dan paltar sifariş etdi, puldan oldu

Xəbər
Dünən, 14:20

"Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq

Xəbər
Dünən, 13:26

Onu marketdə sürüyən ərinin həbsini istəmədi - "Beş övladıma görə..."

Xəbər
Dünən, 12:56

Xırdalanda keçmiş sevgilisini xatırlayan gənc özünü bıçaqladı

Aktual Xəbərlər
Dünən, 12:20

Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə!

Kriminal
Dünən, 11:01

Abşeronda qardaşının qayınatasını öldürən şəxsə hökm oxundu

Xəbər
Dünən, 10:00

10 ayda 310 mindən çox çıxarış: bölgələr Bakını üstələdi

Aktual Xəbərlər
Dünən, 09:57

Azərbaycanda 2364 reklam qurğusu sökülüb

Xəbər
Dünən, 09:47

Ramiz Mehdiyev cəzasından narazıdır

Xəbər
17 noyabr 2026, 18:00

Azərbaycanda gənc aktrisa vəfat edib

Xəbər
17 noyabr 2026, 17:11

Binəqədi sakinlərinin kanalizasiya və yol dərdi: küçə bərbad haldadır - VİDEO

Xəbər
17 noyabr 2026, 16:24

Birinci kurs tələbəsi vəfat etdi

Aktual Xəbərlər
17 noyabr 2026, 16:09

İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibələr başlanır

Oxşar xəbərlər