top
Onu marketdə sürüyən ərinin həbsini istəmədi - Beş övladıma görə...
Bu gün, 13:26
- ↺ +

Onu marketdə sürüyən ərinin həbsini istəmədi - "Beş övladıma görə..."

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin sentyabr ayında Bakının Nəsimi rayonunda marketdə həyat yoldaşına zorakılıq edən şəxsin məhkəməsi keçirilib.

Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə 1979-cu il təvəllüdlü Ramil Cəfərov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə təqsirli bilinib.

Məlum olub ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən supermarketdə baş verib.

Olayla bağlı görüntülərin ictimailəşməsindən sonra R.Cəfərov 15 sutkalıq inzibati qaydada  həbs edilib, daha sonra barəsində polis tərəfindən cinayət işi başlanılıb.

Məhkəmədə ifadə verən R.Cəfərov özünü təqsirli bilməyib:

"Hadisə günü marketdə olarkən terminal vasitəsilə pul köçürmək istəyirdim, lakin köçürmə əməliyyatının həyata keçirilməsi üçün tələb olunan kodu bilmədiyimdən həmin kodu öyrənmək üçün arvadım Səbinəyə (şərti adlı) səsləndim. O mənim sualıma laqeyd və səhlənkar münasibət göstərməklə cavab verdi. Bu səbəbdən əsəbiləşdim. Həmin vaxt arvadımın diqqətinin məndə olmadığını, meyvə satışı ilə məşğul olan şəxslə söhbət etdiyini gördüm. Mənə lazımi diqqət göstərməməsi və baş verənlərə münasibəti nəticəsində daha da əsəbiləşib özümü saxlaya bilmədim və hadisəni törətdim".

Zərərçəkmiş qadın isə ifadəsində bildirib ki, Ramillə nikahdan 5 azyaşlı övladı var. Hadisə vaxtı onların övladları da marketdə olub və qadının döyülməsinə şahidlik ediblər:

"Ramililə uzun müddət normal ailə münasibətlərimiz olub. Lakin son zamanlar aramızda ailədaxili mübahisələr və söz-söhbətlər artıb. Həmin gün saat 11:40 radələrində həyat yoldaşımla birlikdə ev üçün alış-veriş etmək məqsədilə Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən marketə getmişdik. Marketə daxil olduqdan sonra giriş hissəsində yerləşən "Milliön" ödəmə terminalına yaxınlaşdıq. Ramil həmin terminal vasitəsilə işıq pulunu ödədiyi zaman mən də qəbzdə olan rəqəmləri ona bir-bir deyirdim. Həmin rəqəmləri səhv dediyimi iddia edərək mənə hirsləndi. Mən də əsəbiləşib kağızı onun üzərinə ataraq yanından uzaqlaşdım. Bundan sonra Ramil arxamca gəldi, saçımdan dartaraq yerə yıxdı və daha sonra saçımdan tutaraq yerdə sürüdü. Bu zaman başım müxtəlif yerlərə dəydi. Ramillə barışmamışam, lakin beş övladımın mənafeyini nəzərə alaraq, onun həbs edilməsini istəmirəm. Bu baxımdan ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini xahiş edirəm".

Məhkəmə Ramil Cəfərovu 221.1-ci maddə üzrə təqsirli bilib. Ona aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası verilib.

mənbə: qafqazinfo.аz

Son xəbərlər

Xəbər
Bu gün, 12:56

Xırdalanda keçmiş sevgilisini xatırlayan gənc özünü bıçaqladı

Aktual Xəbərlər
Bu gün, 12:20

Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə!

Kriminal
Bu gün, 11:01

Abşeronda qardaşının qayınatasını öldürən şəxsə hökm oxundu

Xəbər
Bu gün, 10:00

10 ayda 310 mindən çox çıxarış: bölgələr Bakını üstələdi

Aktual Xəbərlər
Bu gün, 09:57

Azərbaycanda 2364 reklam qurğusu sökülüb

Xəbər
Bu gün, 09:47

Ramiz Mehdiyev cəzasından narazıdır

Xəbər
Dünən, 18:00

Azərbaycanda gənc aktrisa vəfat edib

Xəbər
Dünən, 17:11

Binəqədi sakinlərinin kanalizasiya və yol dərdi: küçə bərbad haldadır - VİDEO

Xəbər
Dünən, 16:24

Birinci kurs tələbəsi vəfat etdi

Aktual Xəbərlər
Dünən, 16:09

İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibələr başlanır

Aktual Xəbərlər
Dünən, 15:39

Deputat tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif edib

Xəbər
Dünən, 15:25

Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı qədər müavinət təklif olunur

Xəbər
Dünən, 15:19

Bakıda məşhur xəstəxana SÖKÜLÜR? - RƏSMİ AÇIQLAMA

Xəbər
Dünən, 15:15

İnternet xəttinə görə qonşusunu öldürən şəxsin məhkəməsi keçirildi

Xəbər
Dünən, 14:13

Gələn ildən gəlir vergisi bu qədər olacaq

Xəbər
Dünən, 13:30

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Xəbər
Dünən, 13:10

Nigar Camal "Porsche" aldı - VİDEO

Xəbər
Dünən, 12:03

"İnstitutda ya cihaz yoxdur, ya da var, işləmir!" - Həkimdən ŞİKAYƏT

Xəbər
Dünən, 11:19

Bakıda hamilə qadın həyatını itirdi

Xəbər
Dünən, 10:16

Bakıda sərxoş kişi maşını mağazaya çırpdı, qadını yumruqladı

Xəbər
Dünən, 09:53

Plastik cərrah sertifikatı olmayan həkimin şikayət təmin edilmədi

Xəbər
Dünən, 09:01

Bu gün  Xalq artisti Gülşən Qurbanovanın anım günüdür

Xəbər
Dünən, 08:50

Bu gün Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın doğum günüdür

Oxşar xəbərlər