Həkim-radioloq Aydın Əliyev sosial şəbəkə hesabında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını ölçən cihazın olmaması və ya işləməməsi ilə bağlı paylaşım edib.
Bakuplus.az xəbər verir ki, o, paylaşımında bunları yazıb:
"Biabırçılığın zirvəsi! Hər gün onlarla sümük-oynaq əməliyyatının edildiyi, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını ölçmək, osteoporoz və osteopeniyanı müəyyən etmək üçün sümük densitometriyası (osteodensitometriya) cihazı yoxdur, ya da var, işləmir!
Bu, bilirsiniz, nəyə bənzəyir? Elə bil ki, məsələn, dərzidir, iynəsi yoxdur, bərbərdir, qayçısı yoxdur və s. Nonsens!"