Bakının Xətai rayonunda ağac aşıb.
Bakuplus.az-a müraciət edən sakinlərin verdiyi məlumata görə, hadisə Gəncə prospekti, 97 ünvanında baş verib.
Ərazidə yaşayan sakinlərin iddialarına görə, ağacın təhlükəli vəziyyətdə olması ilə bağlı illərdir aidiyyəti qurumlara müraciət edilsə də, vaxtında tədbir görülməyib. Nəticədə ağac aşıb.