top
Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
Bu gün, 14:14
- ↺ +

Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq.

Bu barədə "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Səhmdar cəmiyyəti xidmət haqqını vaxtında ödəyən abonentlərinə təşəkkür edir və bildirir ki, istehlakçıların böyük əksəriyyətinin müntəzəm ödənişləri xidmət göstərilən ərazilərdə təmir və texniki sazlama işlərinin vaxtında aparılmasına, istilik təchizatının etibarlılığına mühüm töhfə verir.
Qeyd edilib ki, bununla belə, bəzi ərazilərdə, xüsusilə məcburi köçkünlər üçün inşa edilmiş yaşayış komplekslərində ayrı-ayrı binaların sakinləri arasında ödənişdən kütləvi yayınma halları müşahidə olunur:

"Belə ki, Ağcabədi rayonunda istehlak edilmiş 121,3 min manat dəyərində xidmətin müqabilində cəmi 17,5 %, Tərtər rayonunda 255,2 min manat xidmətin müqabilində 24,6 %, Bərdə rayonunda 319,6 min manat dəyərində xidmətin müqabilində 29,5 %, Goranboy rayonunda 93,4 min manat dəyərində xidmətin müqabilində 46 %, Sabunçu rayonu Ramana qəsəbəsində 63,5 min manat dəyərində xidmətin müqabilində 33,4 %, Sumqayıt şəhərində 173,7 min manat dəyərində xidmətin müqabilində 41,6 % ödəniş edilib ki, bu da həmin ərazilərdə zəruri təmir və texniki xidmət işlərinin vaxtında maliyyələşdirilməsini çətinləşdirir və hətta mümkünsüz edir.

Bindadaxili istilik-mühəndis infrastrukturu ortaq olduğundan, bu işlərin gecikməsi ödənişlərini vaxtında edən sakinlərin də xidmət keyfiyyətinə təsir göstərə bilər".

Qurum bütün abonentlərin borclarını ödəməyə və cari ödənişləri vaxtında etməyə çağırır: "Hər bir istehlakçının ödəniş intizamı həm öz mənzilinin, həm də qonşularının dayanıqlı istilik təminatı üçün əhəmiyyətlidir".

Mənbə: report.аz

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 14:22

Novxanıdakı "milyonluq saray"ın sahibi həbsdə qalacaq

Xəbər
Bu gün, 13:45

Bakıda evdən 7050 manatlıq qızıl-zinət oğurladı

Kriminal
Bu gün, 12:02

Bakıda 11-ci sinif şagirdi "Rahat" marketi soydu

Aktual Xəbərlər
Bu gün, 11:35

Sabahdan Azərbaycanda istilik mövsümü başlayır

Xəbər
Bu gün, 11:09

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi

Xəbər
Bu gün, 10:28

Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş

Kriminal
Bu gün, 10:11

Bakıda 13 yaşlı qızı qardaşı bıçaqladı

Kriminal
Bu gün, 10:02

Qızının Bakıdakı kirayə puluna görə arvadını döydü

Xəbər
Bu gün, 09:37

Bakıda kişilər oteldən çıxıb dava etdilər - VİDEO

Xəbər
Bu gün, 01:57

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Xəbər
Dünən, 23:27

Neftdən əvvəl Bakı nə satırdı?

Aktual Xəbərlər
Dünən, 18:00

Məktəblərdə payız tətili noyabrın 16-da başlanır

Xəbər
Dünən, 17:00

Bakıda kafedə dava düşdü - saxlanılanlar var

Xəbər
Dünən, 16:24

Xalq yazıçısı Anar: "Dövlət Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə yönləndirilməlidir"

Xəbər
Dünən, 14:40

Bakıda dəhşətli qəza: avtomobil 18 yaşlı qızın üzərindən keçdi

Xəbər
Dünən, 13:03

Dilarə Əliyeva qayınanasını belə təbrik etdi

Xəbər
Dünən, 12:24

Azərbaycanlı Rusiyada sevgilisinin boğazını kəsdi - VİDEO

Xəbər
Dünən, 11:59

Avtomobilin vurduğu sahibsiz itin əməliyyatı üçün yardım istənilir

Xəbər
Dünən, 11:13

Bakıda kütləvi dava: bıçaqlananlar var

Xəbər
Dünən, 10:47

Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?

Xəbər
Dünən, 10:14

Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib

Xəbər
Dünən, 09:46

Bakıda maşın piyadanı vuraraq öldürüb

Xəbər
Dünən, 09:34

Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Oxşar xəbərlər