Bakıda 16 yaşlı yeniyetmə "Rahat" marketi soyub.
Məlumata görə, hadisə Binə qəsəbəsi, Əli İsazadə küçəsində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü şəxs "Rahat" marketin müdiri Bəhruz İbrahimovun otağına daxil olaraq, dəmir seyfdən 1492 manat oğurlayıb.
Hadisəni törədən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, yeniyetmə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş internat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagirdidir. O, hadisəni təkbaşına törətdiyini bildirib.
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.
Mənbə: xitab24.az