Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan və Binəqədi yaşayış komplekslərində yerləşən ümumilikdə 844 mənzilin güzəştli satışını elan edib.
Bakuplus.az xəbər verir ki, bu barədə MİDA məlumat yayıb.
Məlumata görə, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 5, Binəqədi Yaşayış Kompleksi üzrə isə 839 mənzil satışa çıxarılacaq.
Mənzillərin satışı dekabrın 16-sı saat 11:00-da başlayacaq və 13:00-dək davam edəcək. Gözləmə qaydasında mənzil seçimi isə həmin gün saat 12:00-dan 13:00-dək mümkün olacaq.
Mənzillər yalnız öz vəsaiti hesabına əldə edilə bilər. Satışda iştirak etmək üçün vətəndaşların "Güzəştli mənzil" sistemində elektron kabineti olmalıdır.
Təklif olunan mənzillər tam təmirli, mətbəx mebeli və kombi sistemi ilə təmin olunub.
Qiymətlər:
- Hövsan kompleksində 4 otaqlı mənzil – 118 800 manat;
- Binəqədi kompleksində 3 otaqlı mənzillər – 98 415 manatdan;
- 4 otaqlı mənzillər – 133 650 manat;
- 5 otaqlı mənzillər – 211 275 manat.