Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin cənazəsi Moskvadan Bakıya gətirilib.
Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova bildirib ki, nəş bu gün səhər saat 05:30-da Bakıya çatdırılıb.
Teatrın direktoru və bir neçə əməkdaş da hava limanında olublar.
Hazırda Aslan Fətullayevin nəşi Lerikə aparılır.
O, doğulduğu Çayurd kəndində torpağa tapşırılacaq.
Mənbə: oxu.аz