top
İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
Bu gün, 15:25
- ↺ +

İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Ukrayna Prezidenti dövlətimizin başçısını Zəfər Günü və 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik etdi.

Görüşdə Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri və səfər zamanı aparılmış müzakirələr məmnunluqla xatırlandı.

Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olundu, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri məsələsi barədə fikir mübadiləsi aparıldı.

Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı məsələsində dəstəyə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi qeyd olundu, bu xüsusda ölkəmizin təcrübəsinin Ukrayna üçün də əhəmiyyətli olacağı bildirildi.

Görüşdə Azərbaycan və Ukrayna prezidentləri qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apardılar.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Xəbər
Bu gün, 14:15

Sabahın hava proqnozu açıqlanıb

Xəbər
Bu gün, 12:58

Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı – Məhkəmədən qərar

Xəbər
Bu gün, 12:30

Arzu Əhədova Nizami Kino Mərkəzindəki işindən ayrılıb? - ÖZƏL

Xəbər
Bu gün, 12:17

Bakıda 8 bina sökülür, sakinlərə nə qədər ödəniləcək? - VİDEO

Xəbər
Bu gün, 11:40

Sevgilisinin keçmiş nişanlısından qurtulmaq istəyən KİŞİ FALÇIYA üz tutdu, aldadıldı

Xəbər
Bu gün, 11:10

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş

Xəbər
Bu gün, 10:35

Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir

Xəbər
Bu gün, 10:10

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Xəbər
Bu gün, 09:51

Abşeron Gənclər Şəhərciyində binaların zirzəmilərini su basıb - VİDEO

Xəbər
Bu gün, 09:50

General Natiq Əliyevin qızı saxlanıldı

Xəbər
Bu gün, 08:38

Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

Aktual Xəbərlər
Bu gün, 01:15

Prezident İlham Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:01

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur

Xəbər
Dünən, 17:04

Kafedə üzərilərinə benzin töküb yandırdı, qapını arxadan bağladı – MƏHKƏMƏ

Xəbər
Dünən, 15:53

Qida Sənayesi Kollecinin direktorunun bəraət hökmü qüvvədə saxlanılıb

Xəbər
Dünən, 15:10

Azərbaycanda minimum əməkhaqqına hər il yenidən baxılacaq

Xəbər
Dünən, 14:46

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Siyasət
Dünən, 13:45

İlham Əliyev və Mehriban Əliyeva COP31-də iştirak edirlər

Xəbər
Dünən, 13:25

Kişi sevgilisini işləmək istəməsinə görə döydü

Aktual Xəbərlər
Dünən, 12:24

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Xəbər
Dünən, 11:37

Babək prospektində BMW körpüdən aşdı - VİDEO

Xəbər
Dünən, 11:20

"Gecə evdən gizlicə çıxıb qaraja getdim" – Bakıda 18 yaşlı oğlanın məhkəməsindən detallar

Aktual Xəbərlər
Dünən, 10:10

Bakının tıxacına son qoyacaq yeni yol tikilir

Oxşar xəbərlər