top
Bakının tıxacına son qoyacaq yeni yol tikilir
Dünən, 10:10
- ↺ +

Bakının tıxacına son qoyacaq yeni yol tikilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.

Bakuplus.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hazırda M1 və M4 magistralları arasında, eləcə də Pirşağı-Novxanı istiqamətindən şimal, şimal-qərb və qərb istiqamətlərinə hərəkət edən sürücülər daha uzun marşrutdan istifadə etməli olurlar. Nəqliyyat axınlarının Ekologiya postu, Xırdalan, Biləcəri və "20 Yanvar" ətrafında cəmləşməsi isə həmin ərazilərdə sıxlığı artırır. Sərfəli qiymətə məhsullar

Qeyd olunub ki, ümumi uzunluğu 28,95 kilometr olacaq yeni yol M1 Bakı-Quba və M4 Bakı-Şamaxı-Yevlax magistrallarını birbaşa əlaqələndirəcək. Bununla sürücülər Bakı şəhərinə daxil olmadan bir magistraldan digərinə keçə biləcəklər.

Yeni yol Pirşağı, Novxanı və ətraf yaşayış məntəqələrindən gələn nəqliyyat vasitələrinə də Biləcəri və 20 Yanvar istiqamətinə getmədən M1 və M4 magistrallarına çıxış imkanı yaradacaq. Eyni zamanda, Xırdalandan yarımadanın şimal-şərqindəki qəsəbələrə birbaşa hərəkət mümkün olacaq.

Layihə çərçivəsində 6 hərəkət zolaqlı avtomobil yolu, 7 yol qovşağı, 11 yol körpüsü, 1 kanal körpüsü və 2 tunelin inşası nəzərdə tutulub.

AAYDA-nın proqnozlarına əsasən, yeni nəqliyyat dəhlizinin istifadəyə verilməsi "20 Yanvar" ərazisindən Bakıya daxil olan avtomobillərin sayını 20-30 faiz azalda bilər. Bu isə paytaxtın əsas giriş-çıxış istiqamətlərində nəqliyyat sıxlığının və ekoloji yükün azalmasına şərait yaradacaq.

Qeyd edək ki, yol Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq inşa edilir.

Son xəbərlər

Xəbər
Bu gün, 10:35

Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir

Xəbər
Bu gün, 10:10

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Xəbər
Bu gün, 09:51

Abşeron Gənclər Şəhərciyində binaların zirzəmilərini su basıb - VİDEO

Xəbər
Bu gün, 09:50

General Natiq Əliyevin qızı saxlanıldı

Xəbər
Bu gün, 08:38

Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

Aktual Xəbərlər
Bu gün, 01:15

Prezident İlham Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:01

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur

Xəbər
Dünən, 17:04

Kafedə üzərilərinə benzin töküb yandırdı, qapını arxadan bağladı – MƏHKƏMƏ

Xəbər
Dünən, 15:53

Qida Sənayesi Kollecinin direktorunun bəraət hökmü qüvvədə saxlanılıb

Xəbər
Dünən, 15:10

Azərbaycanda minimum əməkhaqqına hər il yenidən baxılacaq

Xəbər
Dünən, 14:46

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Siyasət
Dünən, 13:45

İlham Əliyev və Mehriban Əliyeva COP31-də iştirak edirlər

Xəbər
Dünən, 13:25

Kişi sevgilisini işləmək istəməsinə görə döydü

Aktual Xəbərlər
Dünən, 12:24

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Xəbər
Dünən, 11:37

Babək prospektində BMW körpüdən aşdı - VİDEO

Xəbər
Dünən, 11:20

"Gecə evdən gizlicə çıxıb qaraja getdim" – Bakıda 18 yaşlı oğlanın məhkəməsindən detallar

Xəbər
Dünən, 09:55

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

Xəbər
Dünən, 09:48

Qeyri-iş günlərində 72 yanğına çıxış olub, 4 meyit tapılıb

Xəbər
Dünən, 09:07

Bu gün İslam Rzayevin doğum günüdür

Xəbər
10 noyabr 2026, 17:48

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Xəbər
10 noyabr 2026, 16:30

"Həyasız sənin anandır" sözünə görə qadını maşından düşürüb döydü

Xəbər
10 noyabr 2026, 15:11

Bakıda yüzlərlə şamın işığında vals və tanqo gecəsi keçiriləcək - VİDEO

Xəbər
10 noyabr 2026, 14:08

Sabah yenə yağış yağacaq

Oxşar xəbərlər