Bakının Binəqədi rayonunda kafeni yandıraraq 1 nəfərin ölümünə, 12 nəfərin xəsarət almasına səbəb olmaqda təqsirləndirilən Famil Kərimovun məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş Namiq Salahov onlayn ifadə verib.
O bildirib ki, hadisə kafedə 39 manatlıq hesab üstündə yaranan mübahisədən sonra baş verib. Zərərçəkmişin sözlərinə görə, Famil Kərimov üzərlərinə benzin tökərək kafeni yandırıb, daha sonra isə qapını bağlayıb ki, içəridəkilər çıxa bilməsin.
Zərərçəkmiş hadisədən sonra 4 ay xəstəxanada müalicə aldığını, 10 min manat ziyana düşdüyünü bildirib.
İş üzrə növbəti məhkəmə iclası dekabrın 9-na təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrında Sulutəpə qəsəbəsində baş verib. Yanğın nəticəsində Ceyhun Əhmədli həyatını itirib, 12 nəfər yaralanıb. Famil Kərimov qəsdən adam öldürmə, sağlamlığa ağır zərər vurma və əmlakı yandırmaqla məhv etmə maddələri ilə ittiham olunur.
Mənbə: teleqraf.az