Yaponiyanın populyar "Vivant" serialının ikinci mövsümündə görünən Bakı məkanları yapon turistlərin marağına səbəb olub.
Bakuplus.az xəbər verir ki, onlar İçərişəhərdəki Şirvanşahlar Sarayının hamam qalıqlarını və "Bukinist" kitab mağazasını ziyarət edirlər.
Serialda sarayın hamam qalıqları Qüdsdə baş verən səhnələrdə göstərilib. "Bukinist" isə süjetdə "Beppan" adlı gizli kəşfiyyat bölməsinin bazası kimi təqdim olunub. Mağaza rəhbərinin sözlərinə görə, yapon turistlər hər gün buraya gəlib foto və video çəkirlər.
Yaponiyanın tur şirkəti serialı çəkən TBS telekanalı ilə birlikdə Azərbaycana xüsusi turlar təşkil edib. Şirkətin məlumatına görə, bəzi səfərlər üçün artıq gözləmə siyahısı yaranıb.